19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Muarem: “Hər şey bitməyib”

Ötən gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra qonaq komandanın yarımmüdafiəçisi Muarem Muarem  Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb.
 
Makedoniyalı futbolçu əvvəlcə qələbəni şərh edib: “Düzdür, bu oyuna çox yaxşı hazırlaşmışdıq. Qalib gəldiyimiz üçün xoşbəxtik. Səfərdə iki qol vurmaq bizim üçün böyük üstünlükdür. Amma hər şey bitməyib. “Neftçi”nin də cavab oyununda bizə 2 qol vuracaq gücü var. Diqqətli olmalıyıq. Rəqibi yaxşı təhlil etdik. Sürətli oynadıq, erkən qol vurduq. Bəlkə kənarda asan görünürdü, amma elə deyil”. 
 
O artıq finala vəsiqəni təmin etdiklərini düşünmədiyini bildirib: “Öz adıma deyə bilərəm ki, düşünmürəm. Çünki “Neftçi” son vaxtlar yaxşı futbol sərgiləyir. Beş oyun idi uduzmurdular”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30