19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Bəhmən Həsənov: “Qəbələ seriyasını davam etdirməyə çalışacağıq”

"Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov I divizionun 18-ci turunda “Mil-Muğan”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan danışıb.

Futbolxeber.az saytına müsahibəsində o, komandasının qələbəyə layiq olduğunu bildirib: “Bu oyuna çox ciddi hazırlaşmışdıq. İkinci dövrədəki ilk matçımızda meydanı 3 xalla tərk etmişdik. Bu dəfə də eyni uğura imza atmaq istəyirdik. Oyunun çətin keçəcəyini bilirdik. “Mil-Muğan” da yaxşı komandadır. Təcrübəli məşqçiləri, heyətlərində güclü futbolçular var. Bu rəqibə qalib gəlmək heç də asan deyildi. Lakin sevindirici haldır ki, futbolçular meydanı qələbə ilə tərk etdiklər”.

“Rəvan” matçın əvvəlində hesabı açsa da, çox keçmədən rəqib cavab qoluna imza atıb. Buna baxmayaraq, “Rəvan”ın çalışdırıcısı komandasının qələbəsinə sona kimi inandığını bildirib: “Matça yaxşı başladıq. Startda da hesabı açdıq. Düzdür, cəmi 2-3 dəqiqə sonra rəqib cavab qolunu vurdu. Onsuz da rəqibin də meydana 3 xal üçün çıxdığı aydın idi. Onlar da qələbə qazanmaq istəyirdilər, biz də. Fasiləyə qədər oyunumuzda müəyyən çatışmazlıqlar var idi. İlk yarıdan sonra futbolçulara lazımi tapşırıqları verdik. İkinci 45 dəqiqədə də bunun bəhrəsini gördük. İkinci dəfə hesabda önə keçdikdən sonra daha diqqətli oynamağa başladıq. Çətin də olsa, qələbə hesabını qoruya bildik. Amma əks-hücumda rəqibi yaxalayıb, üçüncü qolu vursaydıq, oyunun sonları bizim üçün bu qədər gərgin alınmazdı”.

2017-ci ilə uğurla start verən “Rəvan” “Mil-Muğan”dan öncə “Bakılı”nı da məğlub edib. II dövrəyə ardıcıl 2 qələbə ilə start verən paytaxt klubu növbəti matçlarda da uğurlu çıxışını davam etdirməyə çalışacaq: “Qəbələ seriyasını davam etdirməyə çalışacağıq. Aydın məsələdir ki, bu heç də asan olmayacaq. Çünki I divizionda bu mövsüm iddialı klubların sayı çoxdur. Adicə bir məqamı qeyd etmək bəs edər ki, əvvəl 2, maksimum 3 komandanın hədəfləri böyük idisə, hazırda 7-8 komanda iddialıdır və hər biri yüksək yerlər uğrunda mübarizə aparır. İstənilən halda, növbəti oyunlarda da uğur qazanmaq üçün komandam əlindən gələni edəcək”.

Həsənov qeyd edib ki, komandası qışda normal hazırlıq keçib ki, ikinci dövrəyə də uğurlu start vermək məhz buradan qaynaqlanır: “Fasilədə əla da olmasa, normal hazırlıq keçdik. Əldə olan imkandan yararlanmağa çalışırdıq. Heyətdə bir neçə təcrübəli futbloçu var ki, bu gün də onların komandaya faydası böyükdür. Düzdür, gələcəklə bağlı nəsə demək çətindir. Digər tərəfdə də hazırda yüksək yerlərə iddia etmirik. Mümkün olduğu qədər yuxarı pillələrə qalxmağa çalışacağıq. Növbəti turda bizi daha bir çətin görüş gözləyir. Səfərdə MOİK-in qonağı olacağıq. “Hərbçilər”in heyətində yaxşı futbolçular var, komandanın hədəfinə məqsəd qoyulub. Lakin rəqibə güzəştə getməyəcəyik. Sona qədər meydandan 3 xalla ayrılmağı hədəfləyirik”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30