24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Volkan Dəmirələ təklif…”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq  komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərhə edib: 
 
- Maraqlı oyun alındı. Bu stadionda çox yaxşı atmosfer olur. “Neftçi” və “Qarabağ”ın azarkeşləri qarşısında çox xoş idi. Qalib gəldik. Amma “Neftçi” sona kimi mübarizə apardı. Hesabda dəyişiklik etməyə çalışdı. Bizim üçün çox təhlükəli rəqibdi. Çempionatda onlarla oyun bizə ağır olmuşdu. Bu gün qeydə alınan hesab hələ heç nə demək deyil. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Hər iki komanda baxımlı, mübariz oyun göstərdi.
 
- Türkiyə mətbuatında Volkan Dəmirəlin adı “Qarabağ”la birgə hallanıb...
- Elə bir şey yoxdu. “Qarabağ” tərəfdən Volkan Dəmirələ təklif olmayıb.
 
- Qara Qarayevi sağ cinah müdafiəçisi mövqeyində oynatdınız. Bununla bağlı nə deyə bilərsiz?
- Qara təcrübəli oyunçudu. Müdafiəçi çatışmazlığımız var idi. O, əvvəl müdafiəçi kimi çıxış edib. “Qarabağ”a gələndən sonra mövqeyini dəyişdik. Çempionatdan əvvəl hazırlıq müddətində Qaranı bir neçə mövqedə sınamışdıq.
 
- “Neftçi”nin sona qədər mübarizə apardığını dediniz. Bəs “Qarabağ”la bacarmamasının səbəbi nə idi? Komandalar arasında səviyyə fərqi bu qədər çoxdu?
- “Neftçi”nin futbolçuları oyunun sonlarında 3 təhlükəli zərbə vurdular. Ola bilər ki, bu epizodlarda bəxtləri gətirmədi. Bizə sona kimi problem yaşatdılar. Məğlub olmağı sevmirlər. Ayrı-ayrılıqda “Neftçi”nin heç bir futbolçusu bu görüşdə məğlub olmadı, ruhdan düşmədilər. Bizimlə oyuna həddindən artıq yaxşı köklənmişdilər. Kubokun qalibi olmaq istəyirlər. Cavab matçında da işimiz asan olmayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30