20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Sadiqov: “Hər iki kuboka da iddialıyıq”

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edib. Matçdan sonra qonaq komandanın yarımmüdafiəçisi Rəşad Sadiqov Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb: 
 
- Xeyli müddət idi meydana çıxmırdın. Özünü necə hiss etdin?
- Açığı, bir az ağır idi. Çünki zədəyə görə çəkinirdim, süni meydanda… Yenə həmin yerdən - topuqdan zədə aldım. Ağrıya-ağrıya oynadım. Amma şükürlər olsun ki, qələbə qazandıq. Mənə elə gəlir ki, bu, layiqli qələbədir.
 
- İndi də ağrıların var?
- Hə, ağrıyıram. Oyuna da iynə ilə çıxmışdım. Mövsümün sonuna az qalıb. İynə ilə də olsa, çalışacam ki, sona qədər oyunların hamısına çıxım. 
 
- Bu gün 3:1 hesablı qələbə qazandınız və demək olar ki, finaldasınız. Finalda “Qarabağ”, yoxsa “Neftçi” ilə qarşılaşmaq istəyərdin?
- Fərq etmir. Açığı, iki komandaya da bələdik: “Qarabağ” son üç ilin çempionudur. “Neftçi” də həqiqətən yüksəlişdədir: bizi məğlub etdilər, “Qarabağ”la matçda yaxşı oynadılar. Məncə, kimlə oynasaq, maraqlı final olacaq. 
 
- Mövsümün sonuna yaxın kifayət qədər zədəliləriniz var. Bu amil həlledici məqamda sizə mənfi təsir etməzmi?
- Bu hər bir komandada olur. “Qarabağ”da da Dani Kintana zədələndi, neçə aydır oynamır. Bizdə də olur. Futbolda zədəsiz olmaq mümkün deyil. Düzdü, əsas heyət oyunçularının zədə alması taktiki planda işi çətinləşdirir. Amma buna baxmayaraq, onların da yerlərini dolduracaq futbolçular var. 
 
- Hədəf kuboku qazanmaq, yoxsa çempion olmaqdır?
- Açığı, seçə bilmirik, ikisinə də iddialıyıq. Çalışacağıq ki, ikisindən birini, yaxud ikisini də götürək. Niyə də olmasın? Hər ikisi üçün var gücümüzlə oynayırıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30