20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Roman Qriqorçuk: “Qol təmiz idi”

“Qol epizodlarını qaçırmağımızın yalnız bir səbəbi var. Bu da ustalıqdır. Son anda düzgün qərar qəbul etmək lazımdı. Bu halda futbolçunun intelekti öz sözünü deyir. Bu çatışmazlıq üzərində işləməliyik. Hər oyunda 5-6 qol vurmalı olsaq da, yaxaladığımız şansları boşa veririk. Bu gün yaxşı oyun nümayiş etdirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Ukraynalı mütəxəssis Subotiçin əvəzlənməsi ilə bağlı sualı belə cavablandırıb: “Subotiç zədələnməyib. Kiçik ağrıları oldu. Bu səbəbdən də onun növbəti oyuna hazır olacağını düşünürəm. Meydanı tərk edərkən Subotiçin məyus olması normal haldı. Çünki o 2 qol vurmuşdu, başa düşürdü ki, yenə də fərqlənə bilər. “Neftçi” - “Qarabağ” oyununu izləmək üçün “Bakcell Arena”ya yollanmayacağam. Hazırda yalnız növbəti oyunumuzu düşünməliyik”.

Qriqorçuk matçın gedişində Rafael Santosun hesaba alınmayan qolu ilə bağlı bunları deyib: “Qolun hesaba alınmamasının səbəbini soruşduq. Deyildi ki, guya oyunçumuz qapının qarşısını kəsib. Mən hesab edirəm ki, qol təmiz idi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30