19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA hakimləri söyən baş məşqçini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda Azərbaycan I Divizionunun XXI tur oyunları ilə bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik:
 
“Energetik” – “Şahdağ” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Həmin matçın 90+1-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Elnur Şiriyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Energetik”in futbolçusu Əsgər Nəbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, kluba 160 manat cərimə kəsilib.
 
MOİK – “Şəmkir” matçının 40-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində MOİK-in baş məşqçisi Ramil Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub. 
 
I Divizionun XX turunun “Zaqatala” – MOİK matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30