24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Əfran İsmayılov: “Heç kimə heç nədən xal verilmir”

Bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Zirə” doğma meydanda “Qarabağ”la 0:0 bərabərə qalıb. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra qonaq komandanın yarımmüdafiəçisi Əfran İsmayılov Futbolxeber.az saytına müsahibə verib:
 
- Həqiqətən maraqlı oyun oldu. Gördüyünüz kimi, heç kimə heç nədən xal verilmir. Çox gərgin oyunkeçdi. Şanslarımız da oldu, lakin onlardan istifadə edə bilmədik. Hər iki komanda 1 xal qazandı və hesab edirəm ki, bu da qənatbəxşdir. 
 
- Ola bilərmi ki, “Zirə” “Qarabağ”la yaxınlığının olmamasını sübut etmək üçün çox istəkli idi?
- Ümumiyyətlə, heç vaxt yaxınlıq söhbəti olmayıb. Həqiqətən də bunlar boş söhbətlər idi. Hər iki komanda istəyirdi ki, qələbə qazansın. Biz başqa komandaların udub-uduzmağını deyil, öz oyunumuzu fikirləşməliyik. Öz oyunlarımızda qalib gəlsək, hər şey yoluna düşər. 
 
- Millimizin qarşıda Almaniya ilə oyunu var. Səncə, bu matçda nəyə ümid etmək olar?
- Əsas odur ki, ümidimizi üzməyək, hamızımız bir yerdə olaq. Belə olanda biz də əlimizdən gələni edəcəyik. Hamını stadiona dəvət edirəm. Bu, danılmazdır ki, komandalar arasında böyük fərq var. Lakin bizi bütün gücümüzü ortaya qoyacağıq. Ən azından Azərbaycanın adı, gerbi üçün oynayacağıq ki… Deyirlər, böyük hesabla uduzacağıq, filan. Çalışacağıq ki, belə şey olmasın. Əsas odur ki, məşqçinin verdiyi tapşırıqları yerinə yetirək və ürəkdən oynayaq. 
 
- Sən də daxil olmaqla, “Qarabağ”dan milliyə dəvət olunan futbolçuların hazırlıq durumu nə yerdədir, komandaya nə dərəcədə kömək edə biləcəksiniz?
- Millidə tamam başqa, “Qarabağ”da başqa ab-hava var. Milliyə gedirsənsə, qanınla, canınla hazır olmalısan. Oraya gedəcəyik və baş məşqçi nə deyəcək, əlimizdən gələni edəcəyik. Kimin oynayacağı isə hələ bilinmir. Əsas odur ki, oynayan ürəyini ortaya qoysun, baxmayaraq ki, Almaniyaya qarşı oynayır.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30