19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Ayxan Abbasov: “Qarabağ”a sürpriz etmək istədik”

Bu gün Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Zirə” doğma meydanda “Qarabağ”la 0:0 bərabərə qalıb. Futbolxeber.az saytının məlumatına görə, Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov heç-heçəni belə şərhə edib: 
 
- “Qarabağ” çempionatın lideridi. Bu komandaya qarşı oynamaq çətindi. Ancaq oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. Qırmızı vərəqədən sonra oynamaq çətindi. Bu gün Zirədə tamamilə başqa ab-hava var idi. Biz də istəyirik, ev oyunlarımızda stadion tamamilə dolsun. Qarşıda çətin oyunlarımız var. Bundan sonra həmin qarşılaşmalara hazırlaşacağıq.
 
- Bu gün komanda daha əzmkar görünürdü. Bu nə ilə bağlıdı?
- Əvvəl də demişəm ki, çempionat sona yaxınlaşdıqca oyunlar daha gərgin keçəcək. “Neftçi”yə qalib gəlsək də, “Kəpəz”ə məğlub olmuşduq. Hər xal qızıla bərabərdi. Bizdə qış fasiləsindən sonra hər oyunda istək var. Düzdü, hər oyunda komandadan istədiyimizi ala bilmirik.
 
- Sistemdə dəyişiklik etmişdiniz. Bu, təkcə “Qarabağ”la oyun üçün idi, yoxsa gələcəkdə də bu cür dəyişikliklər olacaq?
- Hər məşqçinin futbola fərqli baxışı var. Bəzi məşqçilər var ki, hər rəqibə qarşı eyni taktikadan istifadə edirlər Bu oyunda rəqibə sürpriz etmək istədik. Qarşıdakı oyunlarda da sistemi dəyişə bilərik. Əsas odu ki, bu seçimdə yanılmadıq.
 
- Artıq neçənci dəfədi, “Zirə”nin oyunçuları meydanda mübahisə edirlər...
- Oyun vaxtı belə şeylər olur. Ancaq bu, mübahisə deyil. Məncə, bu, birinci dəfə idi.
 
- Növbəti turda sizi “Qəbələ”ylə oyun gözləyir...
- Bizim üçün adi oyundu. Çalışacağıq ki, xal götürək. “Qəbələ” liderlərdən biridi. Çətin olacaq. Ancaq çalışacağıq ki, xal götürək.
 
- Millinin oyunlarıyla bağlı 10 günlük fasilə olacaq. Bu, komandaya necə təsir edəcək?
- Bu, bütün dünyada var. Əksinə, “Qəbələ”ylə vacib oyun öncəsi bu cür fasilənin olması yaxşıdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30