17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Nizami Hacıyev: “Bunu sübut etməyə hazıram”

Bu gün Topaz Premyer Liqasında XXIII turu çərçivəsində “Neftçi” doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra qonaq komandanın kapitanı Nizami Hacıyev Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
- Həqiqətən də yaxşı, baxımlı oyun keçdi. “Neftçi” də qəşəng qollar vurdu. Bizim də çox qol şansımız oldu. Təəssüflər olsun ki, bunlardan maksimim istifadə edə bilmədik və 1:2 hesabı ilə məğlub olduq. Məncə, bu oyun üçün ədalətli nəticə heç-heçə olardı. Qələbəyə görə də rəqibi təbrik edirəm.
 
- “Neftçi” bu gün 80 illik yubileyini qeyd edirdi. Rəqibdə bu əlamətdar günə uyğun nəsə gördünmü?
- Etiraf etmək lazımdır ki, indiki “Neftçi” keçən ilki və fasilədən əvvəlki “Neftçi”dən qat-qat güclüdür. Mən bunu bir futbolçu olaraq, meydanda hiss edirəm. Güclü nəsə yox idi, amma nəticə göz qabaşındadır: “Qəbələ”ni, bizi məğlub etdilər, “Qarabağ”la heç-heçə etdilər. Yaxşı nəticələr qazanırlar. 
 
- Oyundan əlavə olaraq, səncə, 80 illik yubileyini qeyd edən klub bunu daha möhtəşəm ab-havada, daha çox azarkeş qarşısında qeyd etməli deyildi? 
- Bu bizdə həmişə belə olub. İstəyir, 80 yox, 180 illik yubiley qeyd et. Yenə də belə azarkeş gələcək. Əlbəttə ki, Avropadakı kimi atmosfer yoxdur. Əlbəttə ki, biz də rəqib meydanda oynayanda istərik ki, azarkeş çox olsun. Ən azından öz komandalarını alqışlayaraq dəstəkləyəndə biz də motivasiya olarıq. 
 
- Bu məğlubiyyətlə “İnter”in avrokuboklara getmək şansı azalmır?
- Yox, deməzdim ki, azalır. Sadəcə olaraq, 1-2 oyunda qələbə qazanmaq lazımdır. Ümid edirəm ki, buna da nail olacağıq. 
 
- Bu oyunda da qol vurdun. Sanki, Robert Prosineçki ilə münasibət sənə daha böyük motivasiya verdi.
- Baş məşqçi məni çağırmamaqla mənə göstərir ki, hələ hazır deyiləm. Mən də ona sübut etmək istəyirəm ki, artıq hazıram. Hər şey açıq-aydın görünür. Bunu futboldan anlayışı olan da, olmayan da bilir. Təəssüflər olsun ki, məni çağırmırlar. Yenə də yol açıqdır və uzundur. Mən bunu sübut etməyə hazıram və edəcəm də. 
 
- Hədəfiniz avrokuboklarda çıxış etməkdir. Lakin transfer qadağası var və indiki heyətdən gedənlər də olacaq. Səncə, belə heyətlə avrokuboklarda nəyə ümid tmək olar?
- Bu, çox ağır sualdı. Bu suala, ümumiyyətlə, cavab verə bilmirəm. Heç bilmirəm ki, bu klubun axırı necə olacaq, qaldı ki, avrokubokları, transferi fikirləşim. Artıq neçə ildi, burada oynayıram, bu klubu sevirəm. Əlbəttə ki, acınacaqlı durumdur. Bilinmir, nə olacaq. 
 
- Ümidverici heç nə yoxdu?
- Ümidverici heç nə yoxdu, sadəcə sözlərdir. Hələ ki əməl yoxdur. Söz verirlər ki, yaxşı olacaq, amma 100 faizlik fakt yoxdur. Deyilənlər isə şaiyə olaraq, qalır. Ona görə də avrokuboklardan danışmaq çox tezdir. Hələ vəsiqəni qazanaq, sonra baxarıq. Ümumiyyətlə, klubun 98 faizinin müqaviləsi bitib. 
 
- Millimiz Almaniya kimi nəhəng yığma ilə qarşılaşacaq. Lakin yarımmüdafiə xətti üçün dəvət olunan futbolçuların çoxu öz klubunda oynamır. Misal üçün deyim ki, Rahid Əmirquliyev, Eddi İsrafilov… 
- Mən heç nə edə bilmirəm. Baş məşqçi onu hazır görür və çağırır. Ümumiyyətlə, mənə nəinki baş məşqçi, heç kim maraqlı deyil. Mənə maraqlı olan bu ölkənin gerbidi, himnidi.
 
- Səncə, bu heyətlə, millidən nə gözləmək olar?
- Ümid edirəm ki, yaxşı nəticə qazanarlar. Milli komandaya uğurlar arzulayıram. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30