20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Elxan Abdullayev: “Onun başında nə olduğunu bilmirəm axı”

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elxan Abdullayev qələbəni belə şərhə edib: 
 
- Bütün “Nefçi” sevərləri təbrik edirəm. Bu gün xoş gündü. Stadionda gözəl atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. O ki qaldı oyuna, komandamı təbrik edirəm. Futbolçular bu gün meydanda canlarını qoydular. Tam üstünlük bizdə idi. Məncə, layiqli qələbə qazandıq.
 
- Artıq ikinci oyundur ki, “Neftçi” bir top fərqiylə qələbə qazanır. Bu qollar da birinci hissəəd vurulur. Sanki “Neftçi” ikinci hissədə bir qədər rahatlaşır. Avrokuboklarda rəqiblər belə halları bağışlamırlar...
- Bu, futboldu. Biz qol vuranda oyun çətinləşir. Bu gün rəqibə heç-heçə də sərf edirdi. Biz qol vurduqdan sonra rəqib irəli çıxdı, bunun da nəticəsində 2-ci qolu vurduq. Təəssüf ki, dərhal qol buraxdıq. Bəlkə də, o qolu buraxmasaydıq, hesab daha da böyük olardı. İndidən avrokubok barədə düşünmürəm. İndi məni düşündürən yalnız “Qarabağ”la kubok oyunudu.
 
- Bu sizin istədiyiniz “Neftçi”di? Bir də, qapıçı Boyan Baykoviçin çıxışından razısız?
- Bu komandanı mən yığımışam. Bilirəm, bu komandadan nə gözləmək olar. Ancaq pillə-pillə irəliləmək lazımdı. Əvvəlki komandaya baxanda, indiki qat-qat yaxşıdı. Ancaq hələ tam razı deyiləm. Qolda qapıçıda səhv görmürəm. Baykoviçdən tam razıyam. O, qapıda duranda tam arxayın oluram. Təcrübəli qapıçıdı, təcrübəsiylə komandaya çox kömək edir.
 
- Bu gün komandanın müdafiəsində itki olsa da, Jayroya yox, yarımmüdafiəçi Ruslan Abışova şans verdiz. Demək olarmı ki, Jayro komandadan göndəriləcək?
- Yox, Ruslan Abışovun əsas mövqeyi dayaq yarımmüdafiəçisi yox, mərkəz müdafiəçisidi. O, dəfələrlə bu mövqedə oynayıb.
 
- Millinin oyunuyla bağlı çempionatda fasilə yaranacaq. Komanda yaxşı forma yığıb. Bu fasilə komandaya nə dərəcədə təsir edə bilər?
- Mən də millidə çalışıram. Əvvəllər mən millidə olanda, sonradan “Neftçi” məğlub olanda hamı mənim üzərimə düşürdü ki, məğlubiyyətdə səbəb budu. Ancaq bu, səbəb deyil axı. Mən milliylə Qətərdə idim. Ancaq qayıdan sonra “Qəbələ”ni məğlub etdik. Biz Almaniya kimi komandayla oynayacağıq. Bizim komandadan 2 nəfər millidə olacaq. Bəzi oyunçularımız da U-21-in düşərgəsində olacaq. Digər oyunçular isə plan üzrə hazırlaşacaq. Gəlib baxa bilərsiz. Bayramla bağlı 3 günlük istirahət veriləcək. Fasilə bizdən asılı məsələ deyil axı.
 
- Siz həm də millidə çalşırsız. Baş məşqçi Robert Prosineçkinin oyun fəlsəfəsi barədə məlumat verə bilərsiz?
- Nizami Hacıyev çox tərbiyəli futbolçudu. Mən ona məsləhət bilərdim ki, az danışsın. Bu barədə o özü danışmamalıdı. Oynayır, onsuz da, buna görə təriflənir. Çağırılmamasına gəldikdə isə bu, Prosineçkinin qərarıdı. Mən onun başında nə olduğunu bilmirəm axı. O, heç vaxt deməyib ki, Nizami pis futboçudu. Sadəcə, deyib ki, oyunumuza uyğun deyil.
 
- Bəs sizin necə? Nizami sizin oyun fəlsəfənizə uyğundu?
- Bu suala cavab verə bilmərəm. İndi ad çəkmək düzgün olmaz.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30