20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Svanadze: “Neftçi” bizim üçün münasib rəqib deyil”

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze məğlubuyyəti belə şərhə edib: 
 
- “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə komanda yaxşı təsir bağışladı. İlk hissədə ərazi üstünlüyü “Neftçi”də idi. Ancaq təhlükəli vəziyyət yaratmadılar. İkinci hisədə üstünlük bizdə idi. Ancaq bəxtimiz gətirmədi. Ən azı heç-heçəyə layiq idik. Bu komandaya cari mövsümdə 3 dəfə uduzmuşuq. Bizim üçün münasib rəqib deyil. Ancaq edəcək heç nə yoxdu.
 
- Bugünkü məğlubiyyətə görə özünüzdə səhv görürsüz?
- Məğlubiyyəti sadəcə bəxtsizliklə əlaqələndirərdim.
 
- “İnter” elə təsir bağışlayırdı ki, sanki, hücumla bağlı məşq etməyib...
- Taktiki baxımdan hər şey qaydasındadı. Son iki ildi bu cür taktikayla oynayırıq. Oyunçular nəyi necə etməli olduqlarını bilirlər. Sadəcə, bəzi texniki səhvlər oldu. Həm də ehtiyat oyunçular skamyamız kəsaddır.
 
- Əsas qapıçınız Səlahət Ağayevin yeri görünür? 
- Səlahət Ağayev yaxşı qapıçıdı. O, komanda üçün əsas oyunçulardan biridi. Ancaq bu gün Səlahət də qol buraxa bilərdi.
 
- Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçəndə klublar arasında belə anlaşma oldu ki, bu futbolçu “Qarabağ”a qarşı oynamayacaq. Bəs Ruslan Abışovun keçidi zamanı bağlı belə anlaşma olmamışdı?
- Ruslanın keçidi Türkiyədə olduğumuz zaman həll olundu. Belə razılaşma olmayıb. Onun komandadan getməsinə görə təəssüf edirəm.
 
- Siz vaxtilə “Neftçi”yə qarşı oynamısız. Sizcə, hazırkı “Neftçi”də o vaxtkıyla müqayisədə hansı çatışmazlıq var?
- “Neftçi”yə qarşı oyun həmişə çətin olub. “Dinamo”da oynadığım zaman bu komandaya qarşı oyunumuzda müdafiəçimiz səhvə yol vermişdi. Bunun nəticəsində “Neftçi” qalib gəlmişdi. Tbilisiyə gedəndə gördüm ki, bütün qəzetlər qolun mənim səhvimdən vurulduğunu yazırdı. O ki qaldı o vaxtkıyla müqayisəyə, indiki “Neftçi” yeni komandadı. Vaxt keçdikcə daha yaxşı olacaqlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30