24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Get-gedə vəziyyətimiz gərginləşir”

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Sumqayıt” 1:0 hesabı ilə məğlub edib. 
 
Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərhə edib: “Həm ardıcıl məğlubiyyətlərdən sonra, həm də Gəncədə bu şəraitdə oynamaq, doğurdan da, çətin olur. Bunu bilirdik. Oyunun taliyini də maksimim bir qolun həll edəcəyini də təxmin edirdik və bu da oldu. Bu qolu biz də vurub, qalib gələ bilərdik. Təəssüflər olsun ki, buraxdığımız qolda etdiyimiz səhv uduzmağımıza səbəb oldu. Yenə deyirəm, bu cür şəraitdə, bu cür meydançada… Bu meydanda nə ev sahibi komanda, nə də qonaqların 2-dən artıq qol vurmasını görməmişəm. Doğurdan da burada oynamaq çox çətindir. Belə meydançda kombinasiya qura bilmirsən. Dediklərimin də sübutu odur ki, bu komandanı Sumqayıtda 3:1 hesabı ilə məğlub edəndə necə oyun göstərmişdik. Əvvəlcədən də bilirdik ki, bu matçda oynaya bilməyəcəyik, təki səhv etməyək”. 
 
O, növbəti oyunlar haqda da danışıb: “Bayrama görə 2-3 gün fasilə verib, ondan sonra “Neftçi” ilə oyuna hazırlaşacağıq. Get-gedə vəziyyətimiz gərginləşir. Çempionatda daha da maraq artır və rəqiblər bir-birinə yaxınlaşır. Düzdü, bu bizə sərf etməsə də, bizim üçün hələ heç nə bitməyib. Bundan sonra evdə bir neçə oyunumuz var. Ümid edirəm ki, vəziyyəti düzəltməyə çalışacağıq”.
 
Çalışdırıcı oyundan sonra hakimlərə yaxınlaşmasının səbəbini də deyib: “3-4 nəfər oyunçumun hakimlərə yaxınlaşdığını gördüm və istəmədim ki, matçdan sonra nəsə xoşagəlməz hadisə yaşansın. Hakimlərə yaxınlaşmağımın səbəbi də bu idi”.
 
Abasov oyun zamanı çox aqressiv olması və rəqib oyunçulara qarşı xoşagəlməz ifadələr işlətməsi ilə bağlı fikir bildirib: “Açığı, xoşagəlməz sözlər… Hərə bir cür qəbul edir. Məndə belə bir şey yox idi. Əgər siz qıraqdan qışqıran məşqçiyə aqressiv deyirsinizsə, bu sizin fikirinizdir. Razılaşmaq da, razılaşmamaq da olar. Tapşırıqlar veririk. Düzdü, rəqib oyunçulara iradım var idi. Çünki meydanda uzanmaqla, sürünməklə vaxtı keçirirdilər. Amma Sumqayıtdakı oyunda top qırağa çıxanda mən qaçıb topu rəqibə verirdim. Qıraqdakılar yanlarında top ola-ola topu vermirdilər. Bilmirəm, bizi bu cür udmaq istəyirdilərsə… Bu da udmağın bir növüdürsə, onları təbrik edirəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30