26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Simurq" Liviya klubu ilə qarşılaşacaq

"Simurq" 2013/14-cü il mövsümünə hazırlıqları davam etdirməkdədir. Futbolxeber.az-ın məlumatına görə, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 23-dən Kartepedə olan komanda dünən iki məşqə çıxıb. 1 gün əvvəl "Dila" ilə yoldaşlıq görüşü keçirdiyindən Georgi Çixradze yetirmələrini çox yormayıb. Səhər hazırlığı qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra Qori təmsilçisi ilə görüşdə 90 dəqiqə meydançada olan futbolçular məşqi "kvadrat" oynamaqla tamamlayıb. Digərləri isə qısa ötürmələr üzərində işlədikdən sonra, ikitərəfli oyun və qapıya zərbələrlə səhər çalışmasını tamamlayıb.

Axşam məşqində isə Georgi Çixradze yoldaşlıq görüşündə forma geyinmiş futbolçulara istirahət verib. Əvəzləmədən görüşə çıxan və forma geyinməyənlər isə hazırlıqda iştirak edib. Axşam çalışmasıda qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra "kvadrat" və kiçik qapılarda ikitərəfli oyunla məşqi tamamlayıblar.  

Komandanın məşqlərini klub prezidenti Anar Bəkirovda yaxından izləyib. Kartepeyə gələn Bəkirov "Dila" ilə keçirilən yoldaşlıq görüşünədə tamaşa edib.

"Simurq" təlim-məşq toplanışı ilə yanaşı transfer çalışmalarınıda davam etdirir. Növbəti mövsümə iddialı heyət qurmağı planlaşdıran Zaqatala təmsilçisinin hazırda düşərgəsində baxışda olan dörd futbolçu var. Qarşıdakı günlərdə daha bir neçə futbolçuda Kartepeyə təşrif buyuracaq.

İyulun 8-də ölkəyə qayıtmağı planlaşıdıran komanda Türkiyədəki təlim-məşq toplanışı çərçivəsindəki son yoxlama görüşünü ayın 7-də keçirəcək. "Sarı-qaralar"ın rəqibi Liviyanın "Əl-Nəsr" klubu olacaq. 1954-cü ildə yaradılan Benqazi şəhərinin təmsilçisi ölkənin ən köklü komandalarından biridir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30