29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar

Bu gün Bulvar otelində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə olunsun
 
2. Vüqar Məmməd U-15 və U-16 Azərbaycan yığmalarının baş məşqçisi təyin olunsun
 
3. Mirbağır İsayev U-17 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun
 
4. Təbriz Həsənov U-19 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun
 
5. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Nilson Dos Santos Machadoya (Biro Jade) həvalə olunsun
 
6. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunsun
 
7. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- Səməd Qurbanov
- Asəf Namazov
- Rafiq Mirzəyev
- Abdulla Məmmədov
- Məzahir Süleymanzadə
- Rafiq Quliyev
- Rafiq Yusubov
 
8. Hakimlər Komitəsinin tərkibi aşağıdakı şəkildə təsdiqlənsin:
- Futzal və Çimərlik futbolu üzrə komissiya: Elçin Səmədli
- Hakimlərin fiziki hazırlığı üzrə komissiya: Namiq Quliyev
- Metodiki-Tədris Komissiyası: Ceyhun Haşımov
- Təyinat Komissiyası: Kərim Ağayev
- Məsul katib: Nizami Şərifov
 
9. Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunsun. Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin olunsun
 
10. AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddəti uzadılsın
 
11. İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31