26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AFFA-nın növbəti Hesabat Konfransında nələr baş verdi?

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib.
 
Mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 32 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
 
Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Şaiq Həmidov və Fikrət Hüseynovdan ibarət say komissiyası seçilib.
 
Baş katib Elxan Məmmədov AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında CBC Sport televiziya kanalının videoçarx hazırladığını bildirib və videoçarxın nümayişindən sonra baş katib geniş məruzə edib.
 
AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyevin və Könüllülük proqramının direktoru Vüqar Rüstəmlinin çıxışlarından sonra söz AFFA-nın tərəfdaşlarından olan UNICEF Azerbaijan-ın rəhbər müavini Min Yuana verilib. Xanım Yuan AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə ətraflı danışıb, yeni hazırlanmış sosial xarakterli videoçarx nümayiş etdirilib.
 
AFFA-nın baş mühasibi Xalid Cavadov 2016-cı ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.
 
Çıxışlar başa çatdıqdan sonra Elxan Məmmədov bildirib ki, Sahə Futbol Federasiyaları İctimai Birliyi Nizamnaməyə uyğun olaraq, AFFA-nın İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır və ötən Konfransda İcraiyyə Komitəsinin üzvü seçilən Mirkamil Rəhimov dünyasını dəyişdiyi üçün Sahə Futbol Federasiyaları İctimai Birliyinin İcraiyyə Komitəsində 1 üzvlə təmsil olunması nəzərə alınaraq, həmin vakant yerə seçki keçiriləcək. İcraiyyə Komitəsi üzvlüyünə 1 nəfərin – Futzal Federasiyasının prezidenti Zaur Axundovun namizədliyi irəli sürüldüyü üçün seçki açıq səsvermə yolu ilə keçirilib və Zaur Axundov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.
 
Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30