19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

200-cü qolla qırılan seriya

“Qəbələ” Azərbaycan çempionatlarında 200-cü səfər qolunu buraxıb. Futbolxeber.az saytının məlumatına görə, 
 
Topaz Premyer Liqasının XXII turunun “Neftçi” ilə matçında meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran top “qırmızı-qaralar” üçün mənfi mənada yubiley xarakteri daşıyıb. Namiq Ələsgərovun bu qolunadək “Qəbələ” rəqib meydanlarında 199 top buraxmışdı. Bu, səfərdəki 164-cü matça təsadüf edib. “Qəbələ” orta hesabla hər oyunda 1,22 topa üzülüb.
 
“Neftçi” ilə görüşdə buraxılan qolla Roman Qriqorçukun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 2017-ci ildə ilk dəfə uduzan əyalət təmsilçisi sonuncu dəfə XIII turda xalsız qalmışdı. Ötən il noyabrın 29-da keçirilən “Qarabağ”la səfər oyununda 1:2 hesabı ilə yenilən qəbələlilər 105 gündən sonra meydanı məğlub tərk edib. Bu müddətdə komanda 5 qələbə qazanıb və 3 heç-heçə edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30