28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Heç təsəvvür edə bilməzdim”

Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərhə edib:
 
- Gözlədiyimiz kimi ağır oyun oldu. Belə oyunlarda qol vəziyyətlərindən maksimum istifadə etməlisən. İlk hissədə imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Buraxdığımız səhvi heç təsəvvür edə bilməzdim.
 
- Araz Abdullayevin oyununu necə dəyərləndirirsiz?
- Yerli oyunçulardan ikisi yox idi. Onlardan biri xəstələndi, digəri isə durduq yerdə zədələndi. Say baxımından yerli oyunçularla bağlı problemlərimiz var. Bir neçə futbolçumuzun zədələndiyi halda qələbə əldə etmək çox çətindi. Ancaq bunu bəhanə etmirəm. İstənilən halda, biz qələbəyə oynamalıyıq.
 
- Rafael Santos əvəzlənən zaman etiraz etdi. Hətta qolundakı sarğını çıxarıb yerə atdı...
- (gülür) Rafa aqressiv idi? Onun birbaşa paltardəyişmə otağına getməsi normaldı. Onun aqressiv hərəkət etdiyini düşünmürəm. Rafa çox mehriban insandı. Oyundan sonra o da daxil olmaqla futbolçuların əlini sıxdım. 
  
- Sizcə, məğlubiyyətdə millinin toplanışının rolu oldu?
- Cavid Hüseynovu çıxmaq şərtilə milliyə dəvət almış oyunçular səviyyələrindən aşağı çıxış etdilər. Sözlərimi düzgün anlamağınızı xahiş edirəm. Mən millinin toplanışlarından gileylənmirəm. Fəxr edirəm ki, futbolçularım milliyə çağırılır. Ancaq top səviyyəli futbolçular həm millidə, həm də klubda eyni səviyyədə oynamalıdı. Bəlkə də, bu cür oynamalarına təcrübəsizlik mane olur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31