23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ağabala Ramazanov: “İnter” 5, “Qarabağ” 4…”

Bu gün Topaz Premyer Liqasında XXII turu çərçivəsində “Qarabağ” doğma meydanda AZAL-ı 1:0 hısabı ilə məğlub edib. “Azərsun Arena”dakı matçdan sonra ev sahibi komandanın hücumçusu Ağabala Ramazanov Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
 
“Oyuna ciddi hazırlaşmışdıq. Sevinirik ki, qalib gəldik. Oyunumuzda eniş olduğunu deməzdim. Məncə, bu sualı məşqçiyə verməlisiz. Eniş yoxdu. Tam ciddi hazırlaşırıq. Bu oyunda bir neçə qol epizodunu da əldən verdik”.
 
Forvard “Qarabağ”a asanlıqla uyğunlaşdığını deyib: “Bura gələndə çətinlik çəkmədim. Çünki hamını demək olar ki, tanıyırdım. Millidə də birgə oynamışam. Uşaqlığımdan tanıdığım oyunçular da var idi. Belə baxanda, çətin olmadı. “İnter” 5, “Qarabağ” isə 4 müdafiəçi ilə oynayır. Çətinlik çəkmirəm”.
 
O, millimizin Qətərlə keçirdiyi yoldaşlıq oyunu ilə yanaşı qarşıdakı Almaniya yığmasıyla matçdan da söhbət açıb: “Heç oyunun icmalına mən də baxmamışam (gülür). Ansi Aqolli də bildirmişdi ki, Qətər - Albaniya yoldaşlıq görüşü də elə keçib. Yəni, qapalı şəraitdə. Qolları heç mən də görməmişəm. Almaniya ilə oyuna tam ciddi hazırlaşacağıq. Asan rəqib deyil. Dünya çempionlarına qarşı mübarizə aparacağıq. Əl-qolumuzu sallamayacağıq ki, Almaniya bizə 4-5 qol vursun. Əlimizdən gələni edəcəyik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30