24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Hər kəs öz işi ilə məşğul olsun”

Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qarabağ” doğma meydanda AZAL-ı 1:0 hısabı ilə məğlub edib. “Azərsun Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov qalibiyyəti belə şərhə edib: 
 
- Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi. Çətin qələbə qazansaq da, oyundan razı qaldım. Düşündüyümüz oyunu tam göstərə bilmədik. AZAL təkcə müdafiə olunmağı yox, topla davranmağı da xoşlayan komandadı. Heyətləri daha da formalaşıb. Xüsusən də, təcrübəli oyunçuları var. Onlar hər bir komandaya çətin anlar yaşada və qalib gələ bilərlər. Çətin durumda olsalar da, oyun sistemini qoruyub saxlaya biliblər. Düşünürəm ki, qarşıdakı oyunlarımız daha gərgin olacaq”.
 
- Elşən Abdullayev artıq tam hazırdımı?
- Elşən 8 ay oynamadı. Bu az vaxt deyil, itkidi. Onda hazırda oyun təcrübsi çatmır. Əvəzedicidə belə 90 dəqiqə oynatmağa ehtiyat edirik. Əsas odu ki, zədələrdən uzaqlaşıb.
 
- AZAL-ın yaxşı müqavimətindən çox “Qarabağ”ın aşağı tempdə çıxış etməsi diqqət çəkdi. Mövsümün həlledici mərhələsi yaxınlaşdıqca komandanın hücumda bir qədər sönük oynaması sizi narahat etmir?
- Düşünmürəm ki, temp aşağı idi. Rəqib müdafiə olunanda hücumların sürəti görünmür. 100 fazilik qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Məncə, uşaqlar bu gün yaxşı oynadılar, anlaşma yüksək səviyyədə idi.
 
- Klubun tərcüməçisinin sosial şəbəkədə jurnalistlərlə bağlı paylaşımı mətbuatda birmənalı qarşılanmadı. Bu məsələyə münasibətiniz necədi?
- Mən həmişə demişəm ki, hərə öz işi ilə məşğul olmalıdı. Xüsusən də, olduğum klubda bunu daha çox tələb etmişəm. Mən də bunu oxudum, xoşagəlməz hal yaşandı. Birbaşa klubumuzun adından gəldi. Çox danışmaq istəmirəm. Onu komandadan uzaqlaşdırdım. Məşqçinin, jurnalistin, rəqibin işinə müdaxilə etmək düzgün deyil. Nə qədər ki, burdayam, heç kim kiminsə ünvanına söz atmamalı, kimdəsə səhv axtarmamalıdı. Əfqanın işindən çox razı idim, son vaxtlar bir-birimizi başa düşürdük. Bir neçə dildə çox yaxşı danışıq qabiliyyəti var. Dediyim sözü olduğu kimi futbolçuya çatdırırdı. Yaxşı işçi itirdik. Amma heç kim belə səhv etməməlidi. Əgər hər hansı bir rəqibə, jurnalistə azarkeşə mənim tərəfimdən irad yoxdusa, heç kim irad bildirə bilməz. Dəfələrlə hamıya xəbərdarlıq etmişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Bu məsələyə bir daha qayıtmasaq yaxşıdı. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30