25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov: “Futbolçularıma tapşırıq verdim ki, qorxmasınlar…”

Bu gün Topaz Premyer Liqasında XXII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. 
 
Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Ayxan Abbasov məğlubiyyəti belə şərhə edib: "İki fərqli hissə oldu. Oyuna yaxşı başlamadıq. Qapımız qarşısında qolla nəticələnən epizod yarandı. Fasilədə futbolçularıma tapşırıq verdim ki, qorxmasınlar, oynasınlar. Baxmayaraq ki, "Kəpəz" öz meydanında azarkeşlərin dəstəyi ilə daim əzmkar oyun sərgiləyir.
 
O, bir neçə epizoddan yararlana bilmədiklərini qeyd edib: "Düzdür, bir çox amillər var idi. Meydanın vəziyyəti də futbolçulara oynamağa o qədər də imkan vermirdi. Amma bunlar bəhanə deyil. Onlar da bu stadionda oynayırdı, biz də. İkinci hissədə futbolçular istədiklərini etməyə çalışdılar. Bir neçə epizoddan yararlana bilmədik. Amma hələ IV dövrənin ilk oyunudur. Elə böyük problem də yoxdur. Qalan 6 oyuna hazırlaşaraq, istəyimizi həyata keçirməyə çalışacağıq. Digər oyunlarla müqayisədə bu gün əzmkarlıq çatmadı. Hər bir şəraitə uyğun oynamalıyıq. Futbolçuları da buna uyğun hazırlamışdıq". 
 
A.Abbasov Elvin Məmmədovla Viktor İqbekoyinin əsas heyətdə deyil, ikinci hissədə meydana daxil olmalarına da aydınlıq gətirib: "Çox fikirləşdik, istər-istəməz yol gəliblər, ikinci hissədə 20-25 dəqiqə oynayarlar. İqbekoyini son görüşlərdə sağ cinahda oynatmışdıq. Akim Latifu sağalıb. Ortada onun oyunu yaxşı alındığı üçün bu cür seçim etdik. Əsas odur ki, komandada rəqabət var". (“Report”)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30