29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” ilə oyunu buraxacaq

Premyer Liqanın XXII turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi” matçın hazırlıqlarını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisinin heyətində bir itki var.
 
Belə ki, yarımmüdafiəçi Cavid İmamverdiyev zədədən əziyyət çəkir. Son iki turu buraxan İmamverdiyev sabahkı görüşdə də məşqçilər korpusunun ixtiyarında olmayacaq.
 
Əvəzində kapitan Ruslan Abışovun zədə ilə bağlı heç bir problemi qalmayıb. Komanda yoldaşı kimi, Abışov da AZAL (1:0) və “Zirə” (1:2) ilə qarşılaşmalarda iştirak etməyib. Bu səbəbdən yığmanın Qətərlə yoldaşlıq görüşünü buraxan 30 yaşlı futbolçu artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Ruslan çox güman ki, “Qəbələ” ilə matçda start heyətində yer alacaq.
 
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 20:00-da start götürəcək. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31