20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”nin gəncləri liderliyə yüksəldi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Futbolxeber.az saytının məlumatına görə, Şimal təmsilçiləri  AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda sınağa çıxıb.  
 
U-19 evdə “Sumqayıt”la qarşılaşıb. Sözügedən komanda bu matçda 2:0 hesabı ilə qələbə qazanıb. 23 oyunda 53 xal toplayan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb. Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” səfərdə “Vətən”ə məğlub olub – 1:2. 18 qarşılaşmadan sonra hesabında 44 xalı olan komanda 4-cü pillədədir. U-16 evdə “İnter”lə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 3:1 hesablı qələbə əldə edib. 18 matçdan sonra 40 xala malik komanda 1-ci pilləyə yüksəlib. Rəqib meydanında “Vətən”in qapısından 3 cavabsız top keçirən U-15 də liderdir. “Qırmızı-qaralar” 17 oyundan sonra 47 xala malikdir.
 
Paytaxt zonasında çıxış edən U-14 “Neftçi” və “Qarabağ”la oyunların hər ikisində 0:1 hesabı ilə uduzub. 14 matçda 28 xal toplayan komanda 4-cü sırada yer alıb. U-13 “Zirə”ni 5, “Rəvan”ı 1 qolla yenib. 14 qarşılaşmadasn sonra hesabında 29 xal olan “Qəbələ” 4-cüdür.
 
U-12 Liqasında Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən “qırmızı-qaralar” növbəti oyunlarını keçirib. “Qəbələ” Qax UGİM-ini məğlub edib – 7:0. UGİM isə “Daşqın”a uduzub – 0:3. 15 turdan sonra “qırmızı-qaralar” 45 xalla 1-ci, “məktəblilər” 30 xalla 3-cüdür. Eyni zonada çıxış edən U-11-lərin yarışında Qəbələ təmsilçiləri üz-üzə gəlib. “Qəbələ” UGİM-i 10:2 hesabı ilə yenib. 15 turdan sonra “Qəbələ” 45 xalla 1-ci, UGİM 39 xalla 2-cidir. U-10 Liqasının eyni zonasında “Qəbələ” Qax UGİM-ini 11:0, Gİİ “Daşqın”ı 8:0 hesabı ilə yenib. 14 oyun keçirən “Qəbələ” 40 xalla 1-ci, Gİİ 33 xalla 3-cü, 13 matçdan sonra 22 xala malik UGİM 8-ci yerdə qərarlaşıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30