20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu, Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək”

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində səfərdə Qətəri 2:1 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, yığmamızın kapitanı Rəşad Sadıqov matçdan sonra AFFA-nın rəsmi saytına açıqlama verib:
 
“Qarşılaşma maraqlı alındı. Hər iki komanda texnikalı oyuna üstünlük verdi. Komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı. Rəqibin də qol vurmaq üçün imkanları oldu”. 
 
Təcrübəli müdafiəçi qarşıdakı Almaniya matçı ilə bağlı da danışıb: “Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi. Ümumi götürdükdə, qələbənin faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək üçün şans verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30