24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Prosineçki: “Bu oyunda qələbə qazanmaq vacib idi”

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində səfərdə Qətəri 2:1 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki matçdan sonra AFFA-nın rəsmi saytına açıqlama verib:
 
“Özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. Komanda pis təsir bağışlamadı. Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər”. 
 
Xorvatiyalı mütəxəssis problemlər olmasına baxmayaraq, komandadan razı qaldığını bildirib: “Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik. Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər. Ümumi götürdükdə, komandanın çıxışından razı qaldım. Bizim üçün vacib sınaq idi”.
 
O, milliyə çağırılan yeni futbolçulardan da danışıb: “Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə milli komandanın forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Mahir Mədətov oyuna yaxşı qoşuldu, Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30