20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Con Toşak: "Səhvlərim olub"

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak “Slima” - “Xəzər Lənkəran” oyunu barədə klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, uelsli mütəxəssis deyib: “Matçdan sonra mətbuat konfransının keçirilməməsi səbəbindən fikirilərimi çatdıra bilməmişdim. Qeyd edim ki, ilk oyunun vaxtının iki gün qabağa salınması, bizim hazırlıq planlarımızın pozulması, keyfiyyətsiz süni örtükdə oyunun keçirilməsi bizim oyunumuza çox təsir etdi. Biz bir yoxlama oyunundan imtina etdik və gecə yarısı Maltaya yola düşməli olduq. Bütün bunlar istənilən halda komandaya təsir edir. Əks düşərgədə isə vəziyyət fərqlidir. Onlar rahat şəkildə hazırlaşıb, motivasiya olunub bizi gözləyirdilər. Bu yerdə qeyd edim ki, mənim də səhvlərim olub və bunu etiraf etməklə yanaşı vurğulamaq istərdim ki, bütün məsuliyyət mənim üzərimdədir. Komandamın oyunundan razı qalmasam belə futbolçuları qınamaq istəməzdim. Ümid edirəm bir daha belə səhvlər olmaz. Hazırda zədəli futbolçularımız var və onların komanda ilə birgə məşq edə bilməməsi bizə əlavə problem yaradır. Bununla belə inanıram ki, doğma meydanda, normal qazonda və güclü azarkeş dəstəyi ilə biz istədiyimizə nail olacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30