19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ayxan Abbasov: “Qarabağ”a oyun verənə Allah lənət eləsin!”

Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi”  doğma meydanda “Kəpəz”ə 1:2 hesabı ilə uduzub. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Ayxan Abbasov qələbəni belə şərhə edib:
 
- Belə gərgin oyundan sonra danışmaq çətindi. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Bu oyuna ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də bizə yaxın idilər. Bu oyunda bizə heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə, məğlub durumdan qələbə qazanmağımız daha sevindirici oldu. Elxan müəllim yaxşı komanda yaradıb. Onlara gələn oyunlarda uğurlar arzulayıram.
 
- Demək olar ki, “Zirə” böyük ölçüdə 4-cü yeri təmin edib?
- 3 xallıq sistemdə dəqiq bir şey demək olmaz. 3-cü dövrədə 14 xal topladıq. 4-cü dövrədə də bu cür oynasaq, istəyimizə nail ola bilərik. Ancaq bu, futboldu, dəqiq heç nə demək olmaz.
 
- Millinin oyunlarıyla bağlı yaranan fasiləni necə dəyərləndirəcəksiz?
- 5 futbolçumuz millilərin düşərgəsində olacaq. Növbəti oyunumuz Gəncədə “Kəpəz”ə qarşıdı. Həmişəki kimi hazırlaşacağıq. Ancaq bizim üçün çətin olacaq. Bütün komandaların son şansıdı. Hətta sonuncu yerdə gedən komandayla oynayanda da var gücünü qoymalısan ki, qalib gələsən.
 
- Nurlan Novruzovla Murad Səttarlının matçın iştirak ərizəsində yer almaması nə ilə bağlı idi?
- Bu sadəcə komandadakı rəqabətlə bağlıdı. Komandada güclü rəqabət var. Buna görə, kiminsə kənarda qalması normaldı.
 
- “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi sizi narahat etmir ki?
- Düzdü, “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi onlar tərəfdən üstünlükdü. Ancaq biz öz işimizi görürük. Sonu necə olacaq, mövsümün sonunda biləcəyik.
 
- Bir qədər aqressiv görünürdüz...
- Komandanın oyunundan razı qalsam da, oyun zamanı bəzi epizodlardan narazı qaldım. Məsələn, oyunçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdü azarkeşlər həmişə haqlıdı. Ancaq onların nalayiq ifadə işlətməsi xoş deyil. Onlar, guya, “Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdı. Bu məsələdən bezmişəm. “Qarabağ”a oyun verənə də Allah lənət eləsin! Artıq bu mövzunu bağlayaq. Pisdi, “Zirə” kimi komandanın olması? Onsuz da, komanda azdı. Sponsorlar “Zirə”ni atsa, sevinəcəklər?
 
- Düşünmürsüz ki, bu söz-söhbətlərin bitməsi üçün 4-cü dövrədə “Zirə” “Qarabağ”ı məğlub etməlidi?
- Bu, futboldu. Düzdü, oyunçular “Qarabağ”dan qorxurlar. Bununla razıyam. Ancaq bu, təkcə bizə aid deyil.
 
- Başqa oyunlarda da bu cür atmacalar olur?
- Belə olmurdu. Birinci dəfədi, bu cür sözlərlə rastlaşıram.
 
- Oyunçuların “Qarabağ”dan qorxduğunu dediniz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, orada necə olacaq?
- “Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandı. Biz “Qarabağ”, “Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, o komandayla bizim aramızda heç bir yaxınlıq yoxdu. Dostluq, qardaşlıq başqa şeydi. Lakin bu söz-söhbətlərin heç bir əsas yoxdu.
 
- Kamal Bayramovun oyunu belə deməyə əsasə verir ki, Anar Nəzirov əsas heyətdən kənarda qalacaq?
- Anar qırmızı vərəqylə bağlı əvvəlki oyunlarda kənarda qalmışdı. Komandada iki yaxşı qapıçının olması sevindiricidi. Bu gün Kamalın yaxşı oyunu o demək deyil ki, Anar oynamayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30