20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tellur Mütəllimov: “Rəqibi istək hesabına məğlub edə bildik”

“Qəbələ” Topaz Premyer Liqasının XXI turunda “İnter”i 2:0 hesabı ilə məğlub edib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın ilk qolunu klubun yetirməsi olan Tellur Mütəllimov vurub. 22 yaşlı müdafiəçi qarşılaşma və qolu haqda fikirlərini klub saytına açıqlayıb: “Çətin oyun alındı. Çox sevinirəm ki, belə bir matçda qalib gəldik. Qələbə qazanmağımızda əməyim olduğu üçün şadam. Çalışacağam ki, daim yaxşı oynayım. Həm oyunum, həm də vuracağım qollarla komandamıza kömək edim. Bu, “Qəbələ”nin əsas heyətində 2-ci qolum idi. Qol epizoduna gəlincə isə bilirəm ki, bəzən belə hallarda qapıçılar səhv edir. Yenə  xətanın olmasını gözləyirdim. Elə oldu ki, top da düz qarşıma düşdü. Mən də imkandan yararlanıb boş qapını nişan aldım”.
 
İlk yarıda meydan sahiblərinin müqavimətini qıra bilməyən “Qəbələ” hər iki qolu fasilədən sonra vurub. Müdafiəçi bunun istək hesabına əldə olunduğunu düşünür: “İlk yarıda müəyyən səhvlərimiz oldu. Fasilədən sonra bunu aradan qaldırıb, istəyimizə çatdıq. Yaxşı başa düşürdük ki, bizə qol lazımdır. Həmin dəqiqələrdə məqsədimiz qol vurub, hesabı açmaq idi. İkinci hissədə rəqibi istək hesabına məğlub edə bildik”.
 
III dövrənin son oyunundakı qələbədən sonra liderliyini qoruyan “Qəbələ”nin yetirməsi son matçların önəmini vurğulayıb: “Hər oyuna qalib gəlmək üçün çıxırıq. Çempionatın sonundakı hər görüş böyük əhəmiyyət kəsb edir. Bizim üçün artıq hər matç final xarakteri daşıyır. Çalışacağıq ki, son görüşlərin hamısından 3 xal əldə edib, çempion titulunu qazanaq”.
 
Martın 9-da Qətərlə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasına dəvət olunan Mütəllimov dəvətə sevindiyini bildirib. Son vaxtlar müdafiəçi kimi çıxış edən futbolçu əvvəllər oynadığı yarımmüdafiədə də bacarığını göstərməyə hazırdır: “Milliyə dəvət olunacağımı gözləmirdim. Bütün fikrimi “Qəbələ”dəki oyunlarıma yönəltmişdim. Bu mənim üçün xoş sürpriz oldu. Yığmanın baş məşqçisi Robert Prosineçkiyə buna görə təşəkkür edirəm. Qətərlə matçda oynatsa da, oynatmasa da, əsas odur ki, milli komandaya çağırıb. Son vaxtlar artıq müdafiəyə adət etmişəm. Amma ciddi fərqi yoxdur. Hansı mövqedə şans versələr, lap ön xətdə də çıxış edə bilərəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30