1 Yanvar 2026, Cümə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

İsrafilov yarım milyon avro istədi

İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət olunmuşdu. Futbolxeber.az-ın məlumatına görə, danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirmiş və bununla əlaqədar, Eddi İsrafilov Azərbaycan milli komandasının Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi.

AFFA Eddi İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirib. Onlar İsrafilovun İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək, Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib. Milli komandada hər hansı məbləğ qarşılığında oynamağın yolverilməz olduğunu bildirən AFFA Eddi İsrafilovun təklifini qəbul etməyib və bildirib ki, millinin şərəfini qorumaq hər bir idmançı üçün müqəddəs borc hesab olunmalıdır.

AFFA Eddi İsrafilova İspaniya milli komandasına dəvət olunmaq məsələsində və gələcək futbolçu karyerasında uğurlar arzulayır.

 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31