29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Ehtiyat qüvvəmiz azdır”

Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “İnter” doğma meydanda “Qəbələ”yə 0:2 hesabı ilə uduzub. “İnter Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərhə edib:
 
- Etiraf edim ki, komanda yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə bir qədər artırdıq. Amma bu anda qol buraxdıq. “Qəbələ” güclü komandadı. Növbəti görüşə hazırlaşmaq lazımdı.
 
- Samir Zərgərov və Pərdis Fərcad-Azad meydana daxil olana qədər komanda müdafiədə yaxşı təsir bağışlayırdı. Məhz bu dəyişikliklərdən sonra qollar buraxdınız. Bu əvəzetmələri düzgün hesab edirsiz?
- Onların meydana girməsi taktiki dəyişiklik deyildi. Hər iki futbolçunun fərqlənmək imkanı oldu. Hesab 0:0 olarkən Samirin yaxşı qol imkanı oldu.
 
- 4-cü pillə ilə 2-ci yerdə gedən komandalarla aranızda xal fərqi çoxdu. Bu amil futbolçuların oyunlara köklənməsinə problem yaratmır?
- Rahatlaşmırıq. Aşağıdakı komandalarla fərq o qədər də böyük deyil. “Qarabağ”a uduzsaydıq, aradakı fərq azalardı. Komanda arxayınlaşmır.
 
- Bu gün futbolçularda “Qarabağ”a qarşı sərgilənən əzmkarlığı görmədik. Bunun səbəbi yalnız yorğunluqdu?
- Hazırda 24 futbolçumuz var ki, onlardan 8-9-u gəncdi. 3 qapıçı da bura daxildi. Məcburuq ki, onları oynadaq. Yaranacaq fasilədən sonra 2-3 gündən bir oyun oynayacağıq. Bu isə bizə çətinlik yaradacaq. Çünki ehtiyat qüvvəmiz azdır.
 
- Maaşların verilməsi məsələsində yeni xəbər varmı?
- Deyiblər ki, ayın 10-na qədər maaşlar veriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31