25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Abasov: “Bu oyun göstərdi ki, avrokubokdan danışmaq tezdir”

Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Sumqayıt” doğma meydanda “Qarabağ”a 0:4 hesabı ilə uduzub. “Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi  komandanın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərhə edib: 
 
- Bu oyun "Sumqayıt”a bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, avrokubokdan danışmaq tezdir. Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi. İnanmıram ki, gələcək turlarda belə oynayacağıq. Bu oyundan sonra 4-cü yer haqda düşünmək belə  istəmirik. Bu baş versə, təsadüfə bağlayarsınız.
 
- Bu gün sistemi dəyişdiniz, 4 müdafiəçi ilə oynadınız...
- Beş müdafiəçi ilə oynadığımız kubok oyunun yada salın, 6 qol buraxmışdıq. Sistemi bir qırağa qoyun, uşaqlar həyəcanlı idi. 
 
- Adətən sərkərdəsi həyəcan keçirdən əsgər qorxur. Rəqibdən çəkinirdiniz?
- Xeyr, qətiyyən. Ancaq belə alındı. Uşaqlar elə səhvlər etdi ki, deməyə söz yoxdur (Sportnet.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30