20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurbanov: “Belə hallar heç kimə fayda verməz”

Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Sumqayıt” doğma meydanda “Qarabağ”a 0:4 hesabı ilə uduzub. “Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq  komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərhə edib: 
 
- İlk öncə Sumqayıt azarkeşlərinə təşəkkür edirəm. Komandanı yaxşı qarşıladılar, xoş oldu. Öz azarkeşlərimizə də minnətdaram. Bir az psixoloji basqı var idi. Narazılıqlar yaranmışdı. Bu gün 4:0 hesabı ilə qalib gəlsək də, psixoloji gərginlik hiss olunurdu. Futbolçular qarşıdakı oyunlarda daha sərbəst olacaq. "Sumqayıt”a da uğurlar arzulayıram. Milliyə gedənlərə də uğurlar diləyirəm. Yaxşı olardı ki, indiki vəziyyətdə bütün komanda ilə birgə olardıq. Ancaq nə etmək olar, elə vaxta təsadüf edib ki, milli komandanın təlim-məşq toplanışıdır.
 
- Rəşad Sadıqov penalti epizodunda hakimə nəsə söyləyirdi. Sizcə, "Sumqayıt”ın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi doğru qərar idi?
- Hər dəfə hakim qərarlarına fikir bildirmək düzgün deyil. Bu, normal olmayan haldır. Rəşadın nə danışdığın bilmirəm. Son vaxtlar hakim qərarlarına fikir bildirmək dəb halına minib. Hər dəfə də rəqib qapısına penalti olanda belə suallar verilir. Belə hallar heç kimə fayda verməz. Oyuna, qol vəziyyətlərinə baxmaq lazımdır.
 
- Komandanın 10 üzvünün toplanışa getməsi sizin üçün problem yaratmayacaq ki?
- Bu, əvvəlcədən planlaşdırılmış bir toplanışdır. Həmişə demişəm ki, fiziki baxımdan futbolçulardan narahat deyiləm. Sadəcə, bir yerdə olmaq daha yaxşıdır. 
 
- Sizcə Şahrudin Məhəmmədəliyev Arif Daşdəmirov milli komandaya layiqdir?
- Bu, mənə aid olmayan sualdır. Onlar məşqdə geri qalmırlar. Elə olur ki, mən də 5 oyun meydana çıxmayan futbolçunu heyətə qoyuram. Xüsusən də, Qətərlə görüşdə çox oyunçu sınanılacaq. Pobert Prosineçki bütün oyunları izləyir. Hamısının potensialına bələddir. Düşünsə ki, Arif  yox, Qurban hazırdır, Qurbanı çağıracaq. Qapıçılardan kim kənarda qalıb? Biz Antalyada 4 yoxlama oyunu keçirdik, Şahrudin hamısında oynadı. Oynamamaq götsərici deyil (Sportnet.az). 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30