19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Millimizin heyəti açıqlandı: Almeyda da Qətərə aparılır

Martın 9-da Doha şəhərində Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçki bunun üçün 23 futbolçuya dəvət göndərib.
 
Maraq üçün onu da əlavə edək ki, yığmamızda çıxış etməyi yenicə qəbul edən və milliləşdirilmək üçün çalışmalara başlanılan “Qarabağ”ın braziliyalı yarımmüdafiəçi Riçard Almeyda da bu heyətdə yer alıb. Almeyda ilə yanaşı, bu futbolçulardan 3-ü debütantlardır. Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas milliyə cəlb olunub.
 
Oyun FİFA pəncərəsi çərçivəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçuları çağırmayıb. Sizi dəvət göndərilən bütün futbolçuların siyahısı ilə tanış edirik.
 
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)
 
Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”)
 
Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hamısı “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)
 
Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30