24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Frederiko: “Qəbələ” ilə oyunda göstərdiyimiz…”

“Son uğursuzluqları nəzərə almaqla daha yaxşı oynamağa çalışırıq, xarakter göstəririk. Futbolçular olaraq, bütün gücümüzü ortaya qoyaraq əzmkarlıq, mübariz keyfiyyətlər hesabına nəticə əldə etmək istəyirik”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in braziliyalı futbolçusu Dario Frederiko deyib. Təcrübəli yarımmüdafiəçi klub saytına açıqlamasında nəticələri yaxşılaşdırmağa çalışacaqlarını bildirib: “Son iki oyunda əldə etdiyimiz xallar bizim üçün çox vacib idi, bu xallar qarşıdakı görüşlərə motivasiya verəcək. Matçdan-matça daha yaxşı oynamağa çalışır, əvvəlki nəticələri unutdurmaq istəyirik. Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlər oldu. Bu üzdən Premyer Liqada keçirəcəyimiz növbəti oyunlara daha ciddi, məsuliyyətli yanaşırıq”.
 
“Kəpəz”in mart ayında çempionatda keçirəcəyi hər 3 oyunu Gəncədə baş tutacaq. “Sarı-göylər” ardıcıllıqla AZAL, “Zirə” və “Sumqayıt” ilə qarşılaşacaq: “Yaxın zamanda Gəncədə keçirəcəyimiz hər 3 matçda maksimum nəticəyə ümid edirik. “Qəbələ” ilə görüşdə göstərdiyimiz futbolu qarşıdakı oyunlarda da nümayiş etdirməliyik. Var gücümüzü meydanda qoyub belə davam etsək, inanıram ki, yaxşı nəticələr, qələbələr qazanacağıq. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün evdə keçirəcəyimiz ardıcıl oyunlarda bizi yalnız qələbə qane edir. Bu bizə məqsədimizə yetişmək yolunda tramplin rolunu oynayacaq”.
 
Dario braziliyalılara xas tərzdə texnikası ilə seçilir. Hər iki ayağı ilə yaxşı oynamağı bacaran yarımmüdafiəçi üçün eyni vaxtda 2-3 rəqibi aldatmaq problem deyil. O, sağ və sol cinahdan sürətli keçidləri ilə rəqib komandalara təhlükəli anlar yaşatmaq qabiliyyətinə malikdir: “Yaxşı başa düşürəm ki, azarkeşlər driblinqləri, fintləri çox sevirlər, amma mən bu hərəkətləri sırf şou yaratmaq üçün etmirəm. Texnikalı futbola üstünlük verirəm. Texnika mənim ən güclü tərəfimdir, ona görə də bir-birə epzidolarda qarşımdakı futbolçunu aldatmağa, rəqib qapısı önündə təhlükə yaratmağa çalışıram. Bunu komandama kömək etmək üçün edirəm, alqışlanmağa görə yox”. 
 
Frederiko Gəncə publikasının əv sevimli oyunçularındandır. Azarkeş – Dario sevgisi həm də qarşılıqlıdır: “Azarkeşlərin məni belə sevməsi çox xoşdur, hər zaman dəstək verirlər. Onların sevimlisi olmaq mənim üçün olduqca qürurvericidir. Eyni münasibəti mən də fanatlara bəsləyirəm. İlk növbədə biz hamımız “Kəpəz”in uğurları üçün çalışırıq. Məşqçilər, futbolçular, klub rəhbərliyi və təbii ki, fanatlar eyni yolda uğura doğru addımlayır. Azarkeşlər bizim “12-ci oyunçu”muz hesab olunurlar. Onlarsız bizə çətin olar”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30