19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Dalaşan futbolçular və “Zirə”nin məşqçisi cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda uşaq liqaları ilə bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik:
 
(27 fevral 2017-ci il) Bakcell U-17 Liqasında “Zirə” – “Neftçi” matçı başa çatdıqdan sonra qonaq komandanın futbolçusu Mehman Mənsimov və ev sahibi komandanın futbolçusu Ramil Məmmədbağırov dava-dalaşda iştirak etdiklərinə və kütləvi insidentin yaranmasına səbəb olduqlarına görə hər iki futbolçu 5 oyun cəzalanıb. Hər iki kluba  xəbardarlıq olunub ki, bu halın yenidən baş verəcəyi təqdirdə onları daha ciddi sanksiyalar gözləyir.
 
(26 fevral 2017-ci il) U-16 Liqasında “Zirə” – “Vətən” matçının 66-cı dəqiqəsində ev sahibi komandanın məşqçisi Rəşad Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
(23 fevral 2017-ci il) U-16 Liqasında “Kəpəz” – “Qəbələ” matçının 72-ci dəqiqəsində qonaq komandanın futbolçuları - İbrahim Camalovla   Nicat Oruclu və ev sahiblərinin oyunçuları - İsmayıl Məmmədovla Fərid Soltanzadə dava-dalaşda iştirak etdiklərinə görə hər dörd futbolçu 5 oyun cəzalanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30