16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

AFFA “Qəbələ”də cəzalanmayan adam qoymadı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda Topaz  Premyer Liqasının XX tur oyunları ilə bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik: 
 
“Qarabağ” – “İnter” matçının 86-cı dəqiqəsində ev sahibi komandanın  azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
 
“Kəpəz” – “Qəbələ” matçında baş verənlərlə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
 
Oyunun 38-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
 
Oyunun 38-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
 
Oyunun I hissəsi bitdikdən sonra “Qəbələ”nin rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 42.4) (maddə 10).
 
“Qəbələ”nin rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8)  (maddə 10).
 
“Qəbələ”nin rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulur, klub 16000 manat cərimə olunur (maddə 38.6) (maddə 38.8)  (maddə 10).
 
“Qəbələ”nin həkimi  Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 4000 manat cərimə olunur (maddə 43.4).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30