20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Heç bir klub “İnter”in düşdüyü vəziyyətdən çıxa bilməz”

“Maaş məsələsi ilə bağlı danışığımız olub. Heç bir problem yoxdu”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına Bakı “İnter”inin rəhbəri Rəmiş Malıyev deyib.
 
Paytaxt təmsilçisində futbolçuların yanvar və fevral ayları üçün nəzərdə tutulan maaşları hələ ödənilməyib. Hətta oyunçular çempionatın XXI turunda “Qəbələ” ilə oyuna çıxmamaqla rəhbərliyi hədələmişdi. Ancaq klubda baş tutan görüşdə ümumi razılıq əldə edilib və gələn həftə maaşların ödəniləcəyi bildirilib.
 
Malıyev “İnter”in mövsümün sonunda dağılmayacağını sözlərinə əlavə edib. O, yeni sponsor axtarışlarının da davam etdiyini vurğulayıb: “Yeni sponsor tapmaq istiqamətində işlər görülür. Klub birmənalı olaraq yaşayacaq, dağılmayacaq. Biz çalışırıq ki, daha yaxşı fəaliyyət göstərsin, heç olmasa hazırkı səviyyədə qalsın. Təbii ki, hər şey ola bilər. Amma vəziyyətin düzəlməsi üçün əlimizdən gələni edirik”.
 
Premyer Liqanın XX turunda “Qarabağ” üzərində qazanılan qələbə (1:0) “İnter” rəhbərliyində çempionluğa inam yaradıb. Səlahiyyətli nümayəndə komandasının qızıl medallara layiq mübarizə apardığını bildirib: “Növbəti turdakı rəqibimiz “Qəbələ”di. Niyə də turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmayaq? Əslində, “İnter” çempionluğa layiq komandadı. Ancaq hər şey meydandakı mübarizə ilə həll olunur”.
 
Rəmiş Malıyev çətin vəziyyətə baxmayaraq, mübarizlik nümayiş etdirən futbolçularına təşəkkür etməyi də unutmayıb: “Futbolçularla görüşdə onlara minnətdarlığımı bildirmişəm. Çünki bu durumda belə, yüksək səviyyədə çıxış edə bilirlər. Artıq iki ilə yaxındı ki, bu vəziyyətdə oynayırlar. Azərbaycan futbolunda ikinci belə bir komanda olduğuna inanmıram. Düzdü, hansısa klub gərək bu vəziyyətə düşsün ki, ordan çıxıb-çıxmayacağını görək. Ancaq mən hesab edirəm ki, heç bir klub “İnter”in düşdüyü vəziyyətdən çıxa bilməz”.
 
Qeyd edək ki, Premyer Liqada 20 turdan sonra “İnter” 36 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30