29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vaqif Cavadovun 200-ü antirekordla yadda qaldı

Topaz Premyer Liqasının XX turunun AZAL – “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə,  0:1 hesabı ilə uduzan meydan sahibləri ardıcıl 6-cı çempionat oyununda məğlub olub. 
 
Bu, cari mövsüm üçün Premyer Liqanın antirekordudur. Bunadək AZAL da “Neftçi” və “Kəpəz” kimi 5 məğlubiyyəti sıralamışdı. 2016-cı ilin “Neftçi”yə qarşı dekabrın 17-də baş tutan son oyunundan sonra Tərlan Əhmədovun yetirmələri xal qazana bilmir.
 
“AZAL Arena”dakı görüş meydan sahibləri üçün antirekordla başa çatıbsa, komandanın futbolçusu Vaqif Cavadov yubiley qeyd edib. Belə ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu müddətdə 46 qol vuran futbolçunun debütü 2006/07 mövsümünə təsadüf edib. 10 mövsümdə 6 komandada çıxış edən Cavadov “Qarabağ”da 110 (25 qol), “İnter”də 33 (14 qol), “Sumqayıt”da 29 (6 qol), “Bakı”da 23 (4 qol), “Qəbələ”də 3, AZAL-da 2 oyun keçirib.
 
2006/07
Qarabağ (Ağdam)
11
4
2007/08
Qarabağ (Ağdam)
25
6
2008/09
Qarabağ (Ağdam)
25
6
2009/10
Qarabağ (Ağdam)
16
4
2010/11
Bakı
23
4
2011/12
Qarabağ (Ağdam)
9
2
2012/13
Qarabağ (Ağdam)
24
3
2013/14
İnter (Bakı)
33
14
2015/16
Qəbələ
3
0
2015/16
Sumqayıt
16
3
2016/07
Sumqayıt
13
3
2016/17
AZAL
2
0
Cəmi
 
200
46

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31