17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Vurduğum qolun ayın ən yaxşısı seçiləcəyinə inanıram”

“Böyükhesablı qələbəyə baxmayaraq, görüş çətin keçdi. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Amma fasilədən sonra vəziyyəti dəyişə bildik. Hesabı açdıqdan sonra daha yaxşı oynadıq. Buna görə də ardıcıl qollar vurduq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Şəmkir”in hücumçusu Vüsal Qarayev deyib.

“Şəmkir” I divizionun 14-cü turundan təxirə salınmış oyunda səfərdə “Şərurspor” üzərində 4:0 hesablı qələbə qazanıb. Qərb təmsilçisinin qollarının ikisinə məhz Qarayev imza atıb. Özü  də o, rəqib qapısından qolları hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə vurub.

Komandasının hədəflərinən danışan Qarayev vurğulayıb ki, “Şəmkir” mövsümün sonunda çempionluğu bayram etmək istəyir: “Biz hər oyuna qələbə üçün çıxırıq. Hədəfimiz çempionluqdur. Mövsümün sonunda qızıl medallara sahib çıxmaq istəyirik. Eləcə də növbəti mövsüm “Şəmkir”in Premyer Liqada oynamasını arzulayırıq. I divizonda maraqlı mübarizə gedir. İddialı komandaların sayı aşağı liqada heç də az deyil”.

“Şəmkir”in forvardı qeyd edib ki, rəhbərlik komandanın uğuru üçün lazım olan şəraiti yaradıb: “Yaxşı komandamız var. Düşünürəm ki, bu heyət “Şəmkir”i Premyer Liqaya daşımağa qadirdi. Komandadakı məşqçi dəyişikliyi barədə nəsə deyə bilmərəm. Biz futbolçuyuq, rəhbərlik kimi məsləhət bilsə, onun da rəhbərliyi altında oynayırıq. Komandamızın şəraiti yaxşıdır. Rəhbərlik də uğur qazanmaq üçün üzərinə düşəni edir. Hər kəsin hədəfi çempionluq, Premyer Liqada oynamaqdır”.

“Şəmkir”li forvardın “Şərurspor”un qapısından keçirdiyi ikinci qol əla alınıb. O, başı üzərindən aşırma zərbə ilə rəqib qapıçını məyus edib. Qarşılaşmadan sonra azarkeşlər bu qolun I divizionda fevral ayında vurulan ən yaxşı qol seçiləcəyini iddia edirlər. Maraqlıdır, o özü bu barədə nə düşünür: “Təvazökarlıqdan uzaq olsa da, deyim ki qol gözəl alındı. Bu qolun ayın ən yaxşısı seçiləcəyinə inanıram. Amma bu, elə də vacib deyil. Əsas mənim fərqlənməyim, yaxud baxımlı qola imza atmağım deyil. Mühüm olan komandamın qələbəsidir”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30