29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Bunlara rəğmən, hədəfimizə doğru irəliləyəcəyik”

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Qəbələ” ilə 1:1 bərabərə qalıb. Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərhə edib:
 
“Oyunda hər şey gözlənildiyi kimi oldu. Futbol üçün yararsız meydanda oynadıq. Burada futbol oynamaq mümkün deyil. Müxtəlif primitiv variantlar fikirləşmək lazımdır. Ümumilikdə oyunçularımdan razı qaldım. Onlarla fəxr edirəm. Qalib gələ bilməmələrinin isə obyektiv səbəbləri vardı. Gəncədəki oyunlar AZAL və “İnter”in meydanındakı matçlara bənzəyir. Biz bu meydanlarda da qalib gəlməyə çalışırıq. Amma bizim nümayiş etdirdiyimiz kombinasiyalı oyun belə meydanlarda alınmır. Bizə hansı yollasa qalib gəlmək lazımdır. Meydan amilinin rolu olan bu qarşılaşmalar istisnadır ki, orda “Qəbələ” öz oyununu göstərə bilmir. Bu üzdən üzülmür, futbolçularıma irad bildirmirəm”. 
 
Qriqorçuk hər iki komanda üzvlərinin qırmızı aldığı epizod, həmçinin “qırmızı-qaralar”ın çempionluq imkanları haqda da fikirlərini bildirib: “Futbolçuların qırmızı vərəqə aldığı epizodda nə baş verdiyini görmədim. Nika Kvekveskirinin mənə dediyinə görə, rəqibin təxribatına cavab verməyib. Əgər belədirsə, o, qırmızı almamalı idi. İstəyimizə gəlincə, təbii ki, çempion olmaq istəyirik. Ancaq görürəm ki, bu bizə asan olmayacaq. Hakim səhvləri üzündən çox xallar itirmişik. Amma bu vəziyyətdə də çempionluq üçün mümkün olan hər şeyi edəcəyik. Biz bu istəyimizə çatmaq üçün bacarığımızın hamısını ortaya qoyacağıq. Bizə mane olan məqamlar da var ki, bunlara rəğmən, hədəfimizə doğru irəliləyəcəyik. Bu gün 2 xal itirsək də, bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31