24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Ayxan Abbasov: “Bu gün bir daha bunun şahidi olduq”

Bu gün Topaz Premyer Liqasında XX tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Zirə” doğma meydanda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov qələbəni belə şərhə edib:
 
- Dünən Xocalı faciəsinin 25 illiyi idi. Orada dünyasını dəyişən insanların yaxınlarına bir daha səbr diləyirəm. Bundan başqa, son vaxtlar cəbhə bölgəsində də gərginlik davam edir. Əsgərlərimizə güclü olmağı arzulayıram. Onların yanındayıq. 
 
Oyuna gəldikdə isə “Sumqayıt” çempionatda ən yaxşı formada olan komandalardandı. Bu gün bunun bir daha şahidi olduq. Samir Abasov yaxşı komanda formalaşdırıb. Bu oyuna yaxşı hazırlaşmışdıq. Öz meydanımızda vacib qələbə qazandıq. İlk hissədə biz üstün olsaq da, ikinci hissədə rəqib daha fəal təsir bağışladı. Ancaq buna baxmayaraq, bu oyundan 3 xalla ayrılmağı bacardıq.
 
- Latifu, Lorenso və Sanqarenin adının oyunun iştirak ərizəsinə salınmamasının səbəbi nə idi?
- Latifu və Lorenso “İnter”lə oyunda zədələnmişdilər. Sanqarenin isə ayağında ağrı olduğundan, risq etmək istəmədik. Ümumiyyətlə, yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Bu gün qışda bizə qoşulan oyunçulardan Qadzenin fərqlənməsi bizi sevinirdi. Vaxt keçdikcə komandaya daha da uyğunlaşacaqlar. (Futbolinfo.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30