28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bu, “Kəpəz”də artıq dəb halını alıb”

Bir necə gün öncə “Kəpəz”in portuqaliyalı futbolçusu Serjio Kosta doğum gününu qeyd edib. Futbolxeber.az-ın məlumatına görə, 26 yaşını tamamlayan oyunçunun şərəfinə məşqdə tort kəsilib, ünvanına ən xoş sözlər söylənilib. 
 
Sən demə, yarımmüdafiəçi ilk dəfə doğum gününü evdən kənarda keçirib. Bu haqda Serjinyo klub saytına açıqlamasında bildirib: “Birinci dəfə idi ki, ailəmdən və dostlarımdan uzaqda doğum günümü qeyd edirdim. Fərqli hisslər yaşadım. Xanımım və  komanda yoldaşlarımla birgə ad günü partisi təşkil etmişdik, evdən kənarda olsa da, zövq aldım. Çoxlu təbriklər eşitdim, hədiyyələr oldu. Məşqə tort gətirilmişdi. Onu da deyim ki, doğum günlərini məşqdə və ya oyunda keçirmək "Kəpəz"də artıq dəb halını alıb. Düşünürəm ki, bu yaxşı adətdir və komanda ruhunu möhkəmləndirmək üçün çox vacibdir”.
 
Serjinyo mövsümün ikinci hissəsində komandanın çıxışına da toxunub: “Son matçlar bizim üçün heç də yaxşı olmadı və pis nəticələr əldə etdik. Zədə və ya cəzaya görə bəzi oyunçularımız oynamadı, bəzən bəxtimiz gətirmədi. Buraxılan qolların bir çoxunda günahkar özümüz olduq. Ən pisi isə qol vurmamağımızdır. Ancaq indi bunu unutmalıyıq və vəziyyəti tezliklə dəyişməyə çalışmalıyıq. Fikrimcə, Gəncədəkeçirəcəyimiz 7 matçda durumu öz xeyrimizə dəyişə biləcəyik. Mən buna inanıram, çünki evdə oynamağımız üstünlüyümüzdür. Odur ki, Gəncədəki matçlar bizim üçün daha çox önəmlidir”.
 
Əsas heyətin üzvü olsa da, son iki oyunda Kosta ehtiyat oyunçular skamyasında yer alaraq əvəzetmədən meydana daxil olub. Amma futbolçu buna görə narahat deyil: “Bu, baş məşqçinin seçimidir və buna hörmətlə yanaşmalıyam. Mən sakitəm və oynamağa şans veriləndə komandaya kömək etməyə çalışıram. İstər ilk “11-lik”də yer alım, istərsə də əvəzetmədən oyuna daxil olum. Ancaq, bu, normaldır ki, start heyətdə yer almaq istəyirəm və bunun üçün çalışacağam”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31