19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Məhsuldar tura baxış: “Zaqatala”nın enişi davam edir

Fevralın 22-i və 23-də I divizionda 17-ci turun oyunları keçirildi. Lider “Turan-Tovuz” və “Səbail”in darmadağına sevindiyi tur “Zaqatala” üçün uğursuz alındı...

HEÇ-HEÇƏSİZ TUR

2 tur əvvəl olduğu kimi, bu dəfə də 7 oyundan heç birində heç-heçə qeydə alınmadı. Keçirilən qarşılaşmaların 4-də meydan sahibləri, 3-də qonaqlar qələbə qazandılar.

7 görüşdə qapılara 31 qol vuruldu ki, bu da orta hesabla hər oyuna 4,4 top deməkdir. Turun ən məhsuldar görüşü yenə də Mingəçevirdə keçirildi. Ötən tur Yaşar Məmmədzadə adına stadiona toplaşanlar 6 topa şahidlik etmişdilərsə, bu dəfə qolların sayı 8 oldu. Ən aşağı məhsuldarlıq MOİK - “Şərurspor” görüşündə qeydə alınıb. Maraqlıdır ki, “Şərurspor”un qış fasiləsindən sonra keçirdiyi oyunların taleyini cəmi 1 qol həll edib.

ACIMASIZ LİDERLƏR

Səfərdə “Energetik”in qonağı olan lider “Turan-Tovuz” rəqibinə rəhm etməyib. İlk yarıda azarkeşlər 5 qola şahidlik ediblər. Meydan sahibləri bu toplardan yalnız birini aktivinə yazıb. Fasilədən sonra da hücumlarına ara verməyən Əsgər Abdullayevin komandası bu qələbə sayəsində liderliyini bir qədər möhkəmləndirib.

Liderin ən yaxın izləyicisi “Səbail”də tovuzluların yolu ile gedib. Paytaxt klubu Qazax səfərindən 7 qollu qələbə ilə qayıdıb. Lakin “Səbail” “Turan-Tovuz”dan fərqli olaraq qapısını toxunulmaz saxlayıb. Bakılıların bombardiri Bayram Budaqov bu dəfə də qollarını sırayıb. Ucaboy forvard “Göyəzən”lə matçda poker edib. “Səbail”in “91” nömrəsi 2017-ci ildə keçirilən hər 3 matçda meydanı qolsuz tərk etməyib.

BOMBARDİR “SUSUR”, “ZAQATALA” GERİLƏYİR

İlk dövrəni ikinci pillədə başa vuran “Zaqatala”nın enişi davam edir. Şaban Şirdanovun komandası ardıcıl ikinci yenilgisini Şəmkirdə aldı. Ümumiyyətlə, bu qarşılaşmanı turun mərkəzi matçı, 6 xallıq oyun kimi də dəyərləndirmək olardı. Həm turnir cədvəlindəki vəziyyət, həm də tərəflərin son turu xalsız başa vurması qarşılaşmanın əhəmiyyətini birə beş artırırdı.

Azarkeşlərin ilk yarısında qol izləyə bilmədiyi matçın ikinci hissəsinə meydan sahibləri fəal başlayıblar. 9 dəqiqə aralığında 2 qol vuran “Şəmkir” böyük ölçüdə qarşılaşmanın taleyini həll edib. “Zaqatala”nın gücü yalnız təsəlli qoluna çadıb. Komandanın yeganə topunu yenə də Emin Mehtiyev vurub. Çempionatın bombardiri Oruc Balaşlı bu dəfə də meydanı qolsuz tərk edib.

“MİL-MUĞAN” İTKİSİZ İRƏLİLƏYİR

Qış fasiləsindən sonra rəqib tanımayan “Mil-Muğan” növbəti qələbəsini “Şahdağ” üzərində qazanıb. Matçın taleyi elə ilk hissədə həll olunub. İlk 45 dəqiqədə 3 qol vuran İmişli təmsilçisi, fasilədən sonra rəqib qapısına yol tapa bilməyib. Bununla da Aqil Məmmədovun komandası fasilədən sonra uğurlu çıxışını davam etdirir - 3 oyunda 9 xal. 3:0 hesablı qələbə sayəsində İmişli klubu turnir cəvəlində beşinci pilləyə yüksəlib.

Bunda “Qaradağ-Lökbatan”ın “Ağsu”nu məğlub etməsinin də rolu olub. Lökbatan klubu bölgə təmsilçisinin qapısından 3 cavabsız qol keçirib. “Mil-Muğan” kimi 28 xala malik “Qaradağ-Lökbatan” altıncı yerə qalxıb. 1 xal az toplayan “Ağsu” isə 7-ci yeri tutur.

KÜLƏKLİ HAVADA 6 QOL

“Bakılı” və “Rəvan”ın qarşıdurması da məhsuldar alınıb. Matçda hesabı açan tərəf “Bakılı” olsa da, “Rəvan” ilk hissənin son dəqiqəsində cavab qolunu vurmağa müvəffəq olub. İkinci yarıda isə Bəhmən Həsənovun komandası rəqibi tam üstələyib. 19 dəqiqəyə 4 qol vuran “Rəvan” böyükhesablı qələbəyə sevinib. Küləkli havada keçirilən oyunun qəhramanı kimi təcrübəli Tagim Novruzovu göstərmək olar. Yarımmüdafiəçi dubl etməklə komandasının qələbəsində böyük pay sahibi olub.

MOİK - “Şərurspor” görüşündə isə azarkeşlər cəmi 1 qol görüb. Orxan Həsənovun 61-ci dəqiqədə vurduğu qol “hərbçilər”ə 3 xal qazandırıb. “Şərurspor”la xallarının sayını bərabərləşdirən MOİK (24) turnir cədvəlində 8-ci pilləyə yüksəldiyi halda, Əfqan Talıbovun komandası 9-cu yerə enib.

FUTBOLXEBER.AZ

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30