20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Ramin Musayevə də, Xaqani Məmmədova da deyəcəm ki, həmin epizoda biryerdə baxaq”

“Şərurspor”un baş məşqçisi Əfqan Talıbovun Futbolxeber.az saytına müsahibəsi

- I divizionun 17-ci turunda komandamız MOİK-ə 0:1 hesabı ilə uduzdu. Yenilginin səbəbini nədə görürsüz?

- Yaratdığımız epizodları reallaşdıra bilmirik. Qol vurmaq üçün imkanlarımız olsa da, dəqiqlik çatışmır. Digər tərəfdən də futbolçularımız hakimlərə çox əsəbləşirlər. Bu məqam oyunumuza təsir edir. MOİK-lə oyunu siz də canlı izlədiz. Gördünüz ki, kapitanımızı cərimə meydançasında yıxdılar. Amma hakimin fiti susdu.

- Yəni demək istəyirsiniz ki, hakimlərin səhvi nəticəyə təsir edir?

- Bəli, təsir edir. Dediyim epizodda hesab 0:0 idi. Hakim penaltini təyin etsəydi, nəticə fərqli olardı. Belə idarəçilik oyunçularda da qıcıq yaradır, heç nədən sarı vərəqə alırıq. Günahı kiminsə üstünə atmırıq. Üzərimizə düşəni edib, futbol oynayırıq. Diqqətli olmalıyıq, oyunumuza təsiredici amillər var. Məğlubiyyəti nə iləsə bağlamaq istəmirəm. Ümumilikdə pis oynamırıq.

- Ardıcıl ikinci oyundur ki, komandanız üstün görünsə də, uduzur...

- Bəli, “Mil-Muğan”la oyunda da belə oldu. Rəqibdən üstün olsaq da, kuryoz qol buraxdıq. Eyni hal MOİK-lə matçda da təkrarlandı. Sona qədər mübarizə aparmaq lazımdır. Oyunçulara tapşırıram ki, meydanda hakimlə danışmasınlar. Çünki nəticədə baş verənlər oyunçuları gərginləşdirir, əsəbləşdirir. Hakim oyunun hakimi olmalıdı. Belə epizodlar oyunçulara təsir edir. Futbolçular da etirazlarını bildirirlər. Ramin Musayevə də, Xaqani Məmmədova da deyəcəm ki, həmin epizoda biryerdə baxaq. Görək penalti var idi, ya yox.

- Birinci dövrənin son oyununda “Zaqatala”nı, ikinci dövrənin də ilk matçında “Bakılı”nı məğlub etdiniz. Amma son 2 turda xalsız qalmağınız gözlənilməz oldu.

- Dediyim kimi, hücumların məntiqi sona çatdırılmasında, qol epizodlarını reallaşdırmaqda çətinlik çəkirik. Əks halda, qələbə qazanmağımız problem olmaz.

- Bəlkə fasilədə istədiyiniz kimi hazırlıq keçə bilməmisiniz?

- Xeyr, fasilədən yaxşı yararlandıq. Transferlər də etmişik. Qışda heyətə 4-5 hücumameyilli futbolçu cəlb etdik. Yarımmüdafiədən hücuma qoşulmaqda çətinlik yaşayırıq. Çatışmazlıqların üzərində dayanmadan işləyib, hər şeyi yoluna qoymalıyıq.

- Klub prezidenti Sərdar Bağırovun komandanın yanında olmaması çıxışınıza nə dərəcədə təsir edir?

- Təbii ki, biz də istəyirik ki, Sərdar müəllim yanımızda olsun. Amma onun yoxluğunda belə, komanda daim nəzarətdədi. İdarəçiliklə bağlı hər şey qaydasındadı. Maaşlar, xərclər vaxtı-vaxtında qarşılanır. Heç bir çətinliyimiz yoxdur. Yeganə problemimiz hücum xətti ilə bağlıdır. İnanırıq ki, Sərdar müəllim tezliklə yanımızda olacaq.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30