28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aslan Kərimov: “Premyer Liqaya yüksəlmək üçün təkcə yaxşı oyun kifayət etmir”

I divizionun 17-ci turu çərçivəsində keçirilən MOİK - “Şərurspor” oyununu (1:0) izləyənlər arasında millimizin sabiq üzvü, son zamanlar AFFA-nın məşqçi kurslarında baş təlimatçı kimi fəaliyyət göstərən Aslan Kərimov da var idi.

Qarşılaşmadan sonra Futbolxeber.az saytının suallarını cavablandıran Kərimov izlədiyi görüşlə bağlı müsbət fikirlər səsləndirməyib: “Təəssüratlarım çox pisdir (gülür). Nə deyim? Yalnız uşaqların vuruşmağını qeyd etmək olar. Ancaq təkcə vuruşmaqla iş bitmir. Taktika baxımdan böyük bir şey, məşqçi işi görmədim”.

O qeyd edib ki, izlədiyi görüşlərə əsasən komandaların oyun tərzi barədə danışmağa çətinlik çəkir: “Buna qədər də I divizionda bəzi oyunları izləmişəm. Baxdığım görüşlər hansısa qənaətə gəlməyimə kifayət etmir. Komandaların oyun tərzləri barədə nəsə deyə bilmirəm. Çünki deyiləsi nəsə görməmişəm. Bəlkə hansısa növbəti oyunlarda futbol fikri görsənə bilər. Amma hazırkı vəziyyətdə danışmaq çətindir. MOİK - “Şərurspor” oyununun son 20-25 dəqiqəsini izlədim. Nəsə demək çətindir. Bəlkə də hesab 1:0 idi və buna görə də meydanda oyun nizam-intizamı dağılmışdı”.

Kərimov qeyd edib ki, Premyer Liqaya yüksəlmək üçün hansısa komandanın yaxşı oyun nümayiş etdirməsi kifayət etmir: “Baxdığım matçlarda Premyer Liqa səviyyəsində oyun izləməmişəm. Düzdür, “Səbal”, “Zaqatala” kimi iddialıların oyunlarını görməmişəm. Amma eşitdiyimə görə, pis oynamırlar. I dəstədən Premyer Liqaya yüksəlmək üçün yaxşı oyun kifayət etmir. Klubun infrastrukturu, rəqib komandaları qəbul etmək üçün şəraiti, aşağı yaş qrupları üzrə komandalarının olması vacibdir. Bu, UEFA-nın tələblərindən irəli gəlir. Sadaladıqlarımı bacarmayan komandanın Premyer Liqada çıxışı çətindir”.

Aslan Kərimov baş təlimatçısı olduğu kurslara I divizion klublarından da məşqçilərin qatıldığını söyləyib: “Müraciət edənlər var. Gənclikdən söhbət gedirsə, hər şey yağ kimi getməyəcək. Səhvlər olur, divizionda komandaya rəhbərlik etmək təcrübədir, məşqçi karyerasında bir mərhələdir. Məşqçilərin inkişafı baxıından bu, yaxşı haldı”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31