19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycanda dopinq riskli idman növlərinin siyahısı açıqlanıb: “Futbolda da…”

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfindən götürülmüş dopinq-testlərin göndəriləcəyi antidopinq laboratoriyasının adına hələ aydınlıq gəlməyib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, həm logistika, həm də maliyyə baxımından uyğun olan laboratoriya seçiləcək: "Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq-testləri Köln şəhərinə göndəriləcək. Bu, müasir laboratoriyadır. Bizə həm logistika, həm də maliyyə baxımından uyğun olanını axtarırıq. Laboratoriyanın dəqiq adını martda müəyyənləşdirəcəyik".
 
AMADA-nın icraçı direktoru deyib ki, dopinq riskli idman növləri daha çox diqqət mərkəzində olacaq: "Ağırlıqqaldırma, atletika, güləş və boks dopinqin riskli növlər siyahısındadır. Futbolda da dopinq-testlər götürmək niyyətindəyik".
 
O, AMADA nəzdində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradıldığını, qurumun fəaliyyətinə isə 5 nəfərdən ibarət Müşahidə Şurasının nəzarət edəcəyini vurğulayıb.
 
Ş.Hüseynli Azərbaycanın Ümumdünya Antidopinq Agentliyi tərəfindən müvafiq tələblərə cavab verməyən ölkələr siyahısına Rusiyaya görə salınma ehtimallarını təkzib edib: "Mən burada siyasi problem görmürəm. Yaşadığımız problemlərin Rusiya ilə bağlı olduğunu düşünmürəm. Biz WADA ilə çox sıx münasibətdəyik. Onlar AMADA yeni yaradılanda bizə çox böyük dəstək veriblər". ("Report") 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30