23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sumqayıt”ın məşqində 2 yeni futbolçu

Son görüşdə AZAL üzərində qələbə qazanan "Sumqayıt" növbəti turda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığını davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “kimyaçılar” bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Daha çox taktiki gedişlər üzərində qurulmuş məşq prosesinə iki tərəfli oyunla yekun vurulub. 
 
Zədəli olan Ayaz Mehdiyev hazırlıq prosesində iştirak etməyib. Əvəzedici komandadan isə iki futbolçu - Fərid Kərimzadə və Xaliq İbrahimov əsas komanda ilə hazırlaşıb.
 
Xatırladaq ki, fevralın 27-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Sumqayıt" görüşü saat 18:00-da start götürəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30