25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" Litvaya yola düşdü

"Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandası bu gecə Litvaya yola düşüb. Futbolxeber.az-ın məlumatına görə, yeniyetmələr paytaxt Vilnüsdə keçiriləcək "Ateitis Cup" turnirində iştirak edəcəklər. 
 
Turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. "Qəbələ" B qrupunda qərarlaşıb və aşağıdakı rəqiblərlə görüşəcək: "Minsk" FK (Belarus), "Legion" (Estoniya), "Jalgiris" (Litva), "Riqa" FK (Latviya). 
 
Digər qrupda yerli “Baltay”, BATE, SDJUSSHOR “Dinamo” (hər ikisi Belarus), RFSH Riqa (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər. 
 
Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. "Qəbələ"nin keçirəcəyi sonuncu oyundan öncə Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla anılacaqlar. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30