29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tovuzdakı yumruğun cəzası: 6 oyun

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda Azərbaycan I Divizionunun XVI tur oyunları ilə bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik:
 
“Rəvan” – “Şəmkir” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Energetik” – “Göyəzən” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Turan Tovuz” – “Zaqatala” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Həmin oyunun 69-cu dəqiqəsində ev sahibi komandanın futbolçusu Səbayıl Bağırov aqressiv davranışa və rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanıb, kluba 400 manat cərimə kəsilib.
 
“Ağsu” – MOİK matçının 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçusu Qərib İbrahimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 240 manat cərimə olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31