19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurbanovlu “Qarabağ”: 200-ü buraxdı, 50-ci dəfə uduzdu

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” ilə oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün xoşagəlməz yubileylə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi 45 yaşlı mütəxəssisin rəhbərliyi altında çempionatda 50-ci dəfə uduzub.

Belə ki, 0:2 hesablı səfər yenilgisinədək “Qarabağ” baş məşqçisini 49 dəfə məyus etmişdi. 2008-ci ildən əyalət klubuna başçılıq edən Qurbanov 9 ildə komandasını 277 çempionat matçına çıxarıb. Bu görüşlərdə 156 dəfə qələbəyə şahid olan çalışdırıcı 71 heç-heçə də izləyib.

Sergey Zenyovun qolu mütəxəssisə üzüntü bəxş edən 200-cü top olub. 402 qol vuran Qurbanovun yetirmələri iki dəfə az - 201-ni buraxıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30