26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ənənə pozulmadı: yenə braziliyalı

Topaz Premyer Liqasının XIX turunun “İnter” – “Zirə” oyununda (1:1) qeydə alınan avtoqol mövsümdə 4-cü olub.

Futbolxeber.az saytının məlumatına görə, meydan sahiblərinin heyətində Denis Silva öz qapısına qol vurub. Maraqlıdır ki, cari mövsümün bütün avtoqollarına braziliyalılar imza atıb. “Neftçi”nin müdafiəçisi Jairo Rodriges “Qarabağ”la iki, “Qəbələ” ilə bir oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olmuşdu. Əvvəlki çempionatlarda “sambaçılar”ın daha 7 avtoqola məyus olduğunu nəzərə alsaq, bu ölkədən olan legionerlər 11 dəfə öz qapısına qol vurub.

Elə Denis də əvvəlki 7 avtoqoldan birinin müəllifi olub. O, 2010-cu il dekabrın 11-də “Neftçi”nin heyətində çıxış edərkən “Bakı” ilə görüşdə öz qapısına qol vurub. 2261 gündən sonra eyni xətaya yol verən müdafiəçi 1-dən çox avtoqol edən 21-ci futbolçu olub. Onlardan 4-nün hərəyə üç, 17-nin isə hərəyə 2 belə qolu var.

Ümumilikdə isə Azərbaycan çempionatları tarixində 162 avtoqol qeydə alınıb. Paytaxt derbisindəki avtoqol “İnter” üzvlərinin 8-ci uğursuzluğu olubsa, “Zirə” 3-cü dəfə rəqib qoluna sevinib.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30